Axtar
az|рус|eng
Media
18.05.2017

Bəzi normativ sənədlərə dəyişiklik edilib

Vergilər nazirinin əmrilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənəddə dəyişikliklər təsdiq edilib.

Dövlət rüsumunun tutulması haqqında hesabat”, onun 2 nömrəli Əlavəsi  və tərtib edilmə Qaydaları və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə 1”in tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya əsasən “Dövlət rüsumunun tutulması haqqında hesabat” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd edildiyi kimi, dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim edilir.

“Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə 1”in tərtib edilməsi Qaydalarına əsasən, Əlavədə qeyd olunası məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq sətrlərində göstəricilər qeyd olunmamışdırsa, Əlavə təqdim edilmir.

Hər iki Qayda haqqında ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytı www.taxes.gov.az-dan əldə etmək olar.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.