Axtar
az|рус|eng
Media
11.05.2017

2017-ci ilin aprel ayı ərzində vergi orqanlarına daxil olmuş vətəndaş müraciətləri haqqında

2017-ci ilin aprel ayı ərzində vergi orqanlarına  10711 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

Müraciətlərdən 94,4%-i ərizə, 5,5%-i şikayət, 0,1-i% təklif olub.

Müraciətlərin 37,7 %-i müxtəlif arayışların alınması, 35,0 %-i kameral vergi yoxlamaları, 9,9 %-i vergi borcları, 2,2 %-i vergi qanunvericiliyinin tətbiqi, 1,8% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,9 %-i səyyar vergi yoxlamaları, 0,5 %-i qəbul, 0,3 %-i işlə təmin olunma, 0,2 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 %-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, 9,3 %-i digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 77%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 411 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, aprel ayının 24-də vergilər naziri Fazil Məmmədov tərəfindən Saatlı rayonunda Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan 33 vətəndaş qəbul edilib.

Media Kommunikasiya Mərkəzi 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.