Axtar
az|рус|eng
Media
17.04.2017

Vergilər naziri Saatlıda vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 aprel 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Saatlı rayonunda yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Q.Qarayev, 5) Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Quliyev Babək Bahadur oğlu, əlaqə telefonu (021-216-19-79), mobil (050-254-46-33), Saatlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Həsənov Füzuli Müzəffər oğlu, əlaqə telefonu: (021-285-29-99), mobil (055-340-32-25), Sabirabad Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Niftaliyev Bəşir Qədir oğlu, əlaqə telefonu: (021-235-93-21), mobil (050-254-46-32), Hacıqabul Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Həsənov Mehtixan Oruc oğlu, əlaqə telefonu: (021-204-35-83), mobil (050-254-37-44), Cəbrayıl rayon Vergilər Şöbəsi (Biləsuvar rayonu, 8 saylı qəsəbə) - (əlaqələndirici şəxs: Əzizov Qüdrət Qürbət oğlu, əlaqə telefonu: mobil (050-385-54-34) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.