Axtar
az|рус|eng
Media
14.03.2017

2017-ci ilin fevral ayı ərzində vergi orqanlarına daxil olmuş vətəndaş müraciətləri haqqında

2017-ci ilin fevral ayı  ərzində vergi orqanlarına  9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır.

Müraciətlərin 41,8 %-i müxtəlif arayışların alınması, 23,2 %-i kameral vergi yoxlamaları, 13,7 %-i vergi borcları, 3,4 %-i vergi qanunvericiliyinin tətbiqi, 2,8% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 %-i səyyar vergi yoxlamaları, 0,7 %-i qəbul, 0,4 %-i işlə təmin olunma, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 %-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 69,2%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 388 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən fevralın 24-də vergilər naziri tərəfindən Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 30 vətəndaş qəbul edilib.







Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.