Axtar
az|рус|eng
Media
11.02.2017

Vergilər Nazirliyinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

 

Fevral ayının 11-i Vergilər Nazirliyinin yaradılmasının 17-ci  ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Bununla bağlı vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov başda olmaqla nazirliyin və tabeli qurumların nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Daha sonra nazirliyin kollektivi Şəhidlər Xiyabanına gələrək  onların məzarlarını ziyarət edib. “Əbədi Məşəl” abidəsi önünə əklil qoyulub, şəhid məzarlarının üzərinə qərənfil dəstələri düzülüb.

Fotolar







Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.