Axtar
az|рус|eng
Media
10.02.2017

2017-ci ilin yanvar ayı ərzində vergi orqanlarına daxil olmuş vətəndaş müraciətləri haqqında

2017-ci ilin yanvar ayı  ərzində vergi orqanlarına 7 145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır. Müraciətlərdən 97,6%-i ərizə, 2,2%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 45,9%-i müxtəlif arayışların alınması, 20,1 %-i kameral vergi yoxlamaları, 12,6%-i vergi borcları, 2,4% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 %-i vergi qanunvericiliyinin tətbiqi, 1,3 %-i səyyar vergi yoxlamaları, 0,8 %-i işlə təmin olunma, 0,5 %-i qəbul, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi),, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.