Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi nazirliyin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), nazirliyin məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) altsistemlərinin, internet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin dəstəklənməsinin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS-in) dəstəklənməsinin və inkişafının, Beynəlxalq məlumat mübadiləsi sisteminin, elektron imza sisteminin dəstəklənməsinin, sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzinin) texniki avadanlıq və proqram təminatlarına texniki dəstəyin göstərilməsinin, AVİS altsistemləri, İnternet Vergi İdarəsi, Axtarış - Hesabat və digər proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsinin satın alınması üçün açıq tender elan edir

21.02.2018

 

1. Müvafiq maliyyə və texniki imkanlara malik olan tender iştirakçıları tender təkliflərini yazılı şəkildə, möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

2. Tender təklifi zərfləri 13 aprel 2018-ci il tarixində saat 16:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

3. Tenderdə iştirak etmək üçün iştirakçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);Tender təklifinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə, digər icbari ödənişlərə dair yerinə yetirilməmiş və vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İştirakçının ixtisas göstəricilərinə dair sənədlər;
  • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;İştirakçının bank rekvizitləri barədə məlumat;
  • İştirakçının rəhbərinin kimliyini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərin surəti;
  • Yekun müqavilənin yerinə yetirilməsinə əsas rəhbərlik edəcək və texniki işləri yerinə yetirəcək işçilərin ixtisası və təcrübələri barədə məlumat;
  • İştirakçının işin icrasına və ya qarşılıqlı öhdəliklərin yerinə yetirmədiyinə görə hal-hazırda məhkəmə araşdırmalarının aparılıb aparılmaması barədə məlumat;
  • Tenderin əsas şərtlər toplusunda iştirakçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
  • Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 4 aprel 2018-ci il, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunmalıdır.

4. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilinə tərcümə edilmiş surətləri əlavə edilməlidir).

5. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 550,00 (beş yüz əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidir:

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Hesab : AZ65CTRE00000000000002118401

VÖEN: 1300204521

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

6. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

7. Tender təklifi və tender təklifinin təminatı 12 aprel 2018-ci il, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tender komissiyasının iclasında iştirak edə bilərlər.

8. Xidmətlərin göstərilməsi və işlərin yerinə yetirilməsi müddəti: satınalma müqaviləsinin hüquqi qüvvəyə minmə tarixindən 31 dekabr 2018-ci il tarixədək.

9. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi 16, Azərbaycan Respublikası Vergilər Nazirliyi

Əlaqələndirici şəxs: Gülbahar Qasımova, e-mail: gulbaxar.qasimova@taxes.gov.az,

tel: (+994 12) 403-87-91, faks: (+994 12) 403-89-77.

Tender komissiyası

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.