Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi poliqrafiya məhsullarının alınması üçün açıq tender elan edir

30.12.2016

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Poliqrafiya məhsullarının alınması üçün

AÇIQ TENDER ELAN EDİR

1. Müvafiq maliyyə və texniki imkanlara malik olan tender iştirakçıları tender təkliflərini yazılı şəkildə, möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

2. Tender təklifi zərfləri 17 fevral 2017-ci il tarixində yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

3. Tenderdə iştirak etmək üçün iştirakçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • Tender təklifinin 2 %-i həcmində təminat (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə, digər icbari ödənişlərə dair yerinə yetirilməmiş və vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; 
  • İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İştirakçının ixtisas göstəricilərinə dair sənədlər;
  • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
  • İştirakçının bank rekvizitləri barədə məlumat;
  • İştirakçının rəhbərinin kimliyini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərin surəti;
  • Tenderin əsas şərtlər toplusunda iştirakçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 8 fevral 2017-ci il, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunmalıdır.

 

4. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilinə tərcümə edilmiş surətləri əlavə edilməlidir).

5. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 400,00 (dörd yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidir:

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Hesab : AZ65CTRE00000000000002118401

VÖEN: 1300204521

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

6. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

7. Tender təklifi və tender təklifinin təminatı 16 fevral 2017-ci il, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tender komissiyasının iclasında iştirak edə bilərlər.

8. Malların təqdim edilmə müddəti: satınalma müqaviləsinin imzalandığı gündən sifarişlərə əsasən hissələrlə 31 dekabr 2017-ci il tarixədək.

9. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi 16, Azərbaycan Respublikası Vergilər Nazirliyi

Əlaqələndirici şəxs: Gülbahar Qasımova, e-mail: gulbaxar.qasimova@taxes.gov.az,

tel: (+994 12) 403-87-91, faks: (+994 12) 403-89-77.

Tender komissiyası








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.