Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi təsərrüfat mallarının alınması üçün açıq tender elan edir

26.12.2013

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ

TƏSƏRRÜFAT MALLARININ ALINMASI ÜÇÜN

AÇIQ TENDER ELAN EDİR

  1. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

 

  1. Tender təklifi zərfləri “13” fevral 2014-cü ildə yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

 

  1. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədinin surəti;

  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  • Tender təklifi qiymətinin 3 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; 

  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • İddiaçının ixtisas göstəricilərinə dair sənədlər;

  • VÖEN, direktorun təyin olunması haqqında əmrin surəti, ünvan, işçilərin sayı haqqında arayış və digər sənədlər.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin bank təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

 

  1. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).

 

  1. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 400 (dörd yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir:

 

AR Vergilər Nazirliyi

Hesab â„–: AZ65CTRE00000000000002118401

VÖEN: 1300204521

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

  1. Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur.

 

  1. Tender təklifi və tender təklifinin bank təminatı “12” fevral 2014-cü il, saat 18:00-a qədər Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Vergilər Nazirliyinə təqdim olunmalıdır.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

  1. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, Akademik Lev Landau küçəsi 16, Vergilər Nazirliyi

e-mail: gulbahar.qasimova@taxes.gov.az

Tel: 403-87-91, Faks: 403-89-77

Əlaqələndirici şəxs: Gülbahar Qasımova

 

TENDER KOMİSSİYASI








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.