Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Hüseynov Riyad Zakir oğlu
Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri
Baş vergi xidməti müşaviri

           

1982-ci ildə Şəmkir şəhərində anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2004-cü ilin avqust və sentyabr aylarında müvafiq olaraq Vergilər Nazirliyinin Koordinasiya idarəsinin müfəttişi və Protokol bölməsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2004-cü ilin oktyabr ayından 2006-cı ilin iyun ayınadək Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2006-cı ilin iyun ayından 2011-ci ilin mart ayınadək vergilər nazirinin köməkçisi vəzifəsində işləmişdir.

2011-ci ilin mart ayından 2012-ci ilin yanvar ayınadək Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir.

2012-ci ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək “Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmişdir.

2014-cü ilin sentyabr ayından Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.


Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilmişdir.









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.