Axtar
az|рус|eng
Nazirlik haqqında

Vəliyev Səməd Ədil oğlu
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri

1968-ci ildə Laçın rayonunda anadan olmuşdur.

1985-1992-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu “Əməyin iqtisasiyyatı” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.

1992-1997-ci illərdə Binəqədi rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələri, təşkilatları və birliklərinin mənfəətinin vergiyə cəlb edilməsi, Hüquqi şəxslərin vergiyə cəlb edilməsi və Dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır.

1997-1999-cu illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin Qeyri-dövlət müəssisələrinin mənfəətinin vergiyə cəlb edilməsi şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

1999-2000-ci illərdə Xətai rayonu Dövlət Vergi Müfəttişliyinin Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2000-2001-ci illərdə Xətai rayonu üzrə Vergi İdarəsinin Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin və Operativ nəzarət şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2001-2002-ci illərdə Nərimanov rayonu Vergi İdarəsinin Operativ nəzarət şöbəsinin və Vergi borclarının məcburi alınması şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-2004-cü illərdə Bakı şəhəri üzrə Vergilər İdarəsinin 2 saylı Filialının Vergi borcları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2004-2010-cu illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi baş idarəsinin Operativ nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışmışdır.

2010-2015-ci illərdə 11 saylı Ərazi Vergilər İdarəsinin və 11 saylı Ərazi Vergilər Departamentinin rəisi vəzifələrində çalışmışdır.

2015-2016-cı illərdə 2 saylı Ərazi Vergilər Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ilin noyabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2017-ci il yanvar ayından 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsində çalışmışdır.

2017-ci il iyul ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.                                       

 


 

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 736 saylı Sərəncamına əsasən, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

 







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.