Axtar
az|рус|eng
Nazirlik haqqında

Balakişiyeva Yeganə Nəsir qızı
Hüquq departamentinin baş direktoru
Vergi xidməti müşaviri

 

1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1989-1993-cü illərdə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır.

1993-1999-cu illərdə Abşeron Regional Səhmdar Cəmiyyətinin baş hüquqşünası vəzifəsində çalışmışdır.

1999-2003-cü illərdə Azərbaycan Universitetinin Hüquq kafedrasının baş müəllimi, dekanı vəzifələrində çalışmışdır.

2003-cü ildə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti, 2003-2005-ci illərdə Azərbaycan Universitetinin Cinayət hüququ  və cinayət prosessual kafedrasının dosenti vəzifələrində çalışmışdır.

2005-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-hüquqi tədqiqatlar institutunda müxtəlif vəzifələrdə çalışmışdır.

2006-2012-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuşdur.

2012-2016-cı illərdə Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəis müavini vəzifəsində çalışmışdır.

2016-cı ilin iyun ayından Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru vəzifəsində çalışır.

Hüquq üzrə fəlsəfə doktorudur.

Ailəlidir, iki övladı var.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.