Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Şahbazov Faiq İnqilab oğlu
İnsan resursları idarəsinin direktoru
Baş vergi xidməti müşaviri

 

1963-cü ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuşdur.

1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirmişdir.

1990-1996-cı illərdə Naxçıvan MSSR-nin Mədəniyyət Nazirliyinin klub müdiri vəzifəsində çalışmışdır.

1996-2000-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Ticarət şöbəsinin əmtəəşünası vəzifəsində çalışmışdır.

2000-ci ilin mart ayından noyabr ayınadək Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin Kadrların seçilib yerləşdirilməsi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2000-2011-ci illərdə Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2011-ci ilin oktyabr ayından Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən,  “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.










Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.