Axtar
az|рус|eng
Nazirlik haqqında

Musayev Orxan Azad oğlu
Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru vəzifəsi səlahiyyətlərinin müvəqqəti icraçısı
Vergi xidməti müşaviri

 

1986- ildə Bakı şəhərində anadan olmuşdur.

2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2005-2006-cı illərdə Aşland Universitetində (Ohayo ştatı, ABŞ) Beynəlxalq hüquq təhsili almışdır.

2008-2009-cu illərdə Avropa İttifaqının Erasmus Mundus layihəsi çərçivəsində Tilburq (Niderland Krallığı) və Deusto Universitetlərini (İspaniya Krallığı) Beynəlxalq kommersiya hüququ və maliyyə ixtisası üzrə magistr diplomu ilə bitirmişdir.

2009-2010-cu illərdə Strazburq Universitetini (Fransa Respublikası) Bank və maliyyə hüququ ixtisası üzrə magistr diplomu ilə bitirmişdir.

2006-2008-ci illərdə “Azercell Telekom” MMC şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.

2013-2014-cü illərdə Azərbaycanda Amerika Ticarət Palatasının hüquq və siyasət sahələri üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.

2014-cü ilin aprel ayında Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2014-cü ildən 2016-cı illin fevral ayınadək Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ildən Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəis müavini vəzifəsində çalışır və həmin  idarənin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.

2017-ci ilin noyabr ayından Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktorunun müavini vəzifəsində çalışır və həmin  departamentin baş direktoru vəzifəsini müvəqqəti icra edir.

Ailəlidir.

 







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.