Axtar
az|рус|eng
Nazirlik haqqında

Musayeva Samirə Fəxrəddin qızı
Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri

 

1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci ilin iyul ayından dekabr ayınadək Bakı Apellyasiya Məhkəməsinin məhkəmə aparatında baş mütəxəssis vəzifəsində çalışmışdır.

2007-2010-cu illlərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat şöbəsində hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışmışdır.

2010-2011-ci illərdə Hüquqi təminat idarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

2011-2016-cü illərdə Hüquq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2012-ci ildə dissertanturaya qəbul olmuşdur.

2016-cı ilin fevral ayından etibarən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru vəzifəsində çalışır.

Ailəlidir. İki övladı var.


Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2003-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, təhsil aldığı müddət ərzində Prezident təqaüdü verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli 2038 nömrəli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.