Axtar
az|рус|eng
Nazirlik haqqında

Məmmədov Ələkbər Comərd oğlu
Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri

 

1960-cı ildə Kürdəmir rayonunda anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu ingilis və alman dilləri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 

1995-ci ildə Biznesin İdarəolunması və Hüquq Beynəlxalq İnstitutunda (Rusiya Federasiyası) hüquqşünaslıq ixtisasını bitirmişdir.

2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya İqtisadiyyatı” ixtisası üzrə yenidən hazırlanma təhsilini bitirmişdir.

1986-1987-ci illərdə Sumqayıt şəhərində müxbir kimi çalışmışdır.

1987-1991-ci illərdə Almaniyada hərbi tərcüməçi olmuşdur.

1992-ci ildən özəl sektorda çalışmışdır.

1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışmışdır.

1999–2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində çalışmışdır.

2001–2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin vitse-prezidenti vəzifəsində çalışmışdır.

2009-2011-ci illərdə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri vəzifəsində çalışmışdır.

2011-2016-cı illərdə Vergilər Nazirliyində Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri, Vergilər nazirinin müşaviri - Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi, Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri, Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın sədridir.

Ailəlidir, iki övladı var.


Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.