Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Ələkbərov Sahib Nurəddin oğlu
Nazirin müavini
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

2010-cu il iyul ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 996 saylı sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilmişdir.

Ailəlidir, üç övladı var.

 


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.N.Ələkbərovun Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında

Sahib Nurəddin oğlu Ələkbərov Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 02 iyul 2010-cu il

996









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.