Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Nazirlik haqqında

Əliyev Namiq Tofiq oğlu
Nazirin müavini

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1960-cı ildə Gəncə şəhərində anadan olub

1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir.

1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilmişdir. 
Ailəlidir. 2 övladı var.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.T.Əliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında

Namiq Tofiq oğlu Əliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2004-cü il

89









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.