Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Fazil Əsəd oğlu Məmmədov
Vergilər Naziri
I dərəcəli dövlət vergi xidməti müşaviri



1964-cü ildə Şamaxı rayonunda anadan olub.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.

1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.

1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.

1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.

2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib.

Ailəlidir, üç övladı var.


 

F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il 283 N-li Fərmanı

F.Ə.Məmmədova II dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 655 N-li Fərmanı

F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2003-ci il tarixli Sərəncamı

F.Ə.Məmmədova I dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2015-ci il tarixli 1036 N-li Sərəncamı









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.