Axtar
az|рус|eng
Nazirlik haqqında

Cəfərov Nəsimi Əsgər oğlu
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri

 

1977-ci  ildə Bakı şəhərində anadan olmuşdur.

2000-ci  ildə ildə  Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə-kredit fakültəsini bitirmişdir.

2003-cü ildə  Bakı  Biznes Universitetinin hüquq fakültəsini bitirmişdir.

1995-1999-cu illərdə müvafiq olaraq Nərimanov rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin Uçot və hesabat şöbəsinin dövlət vergi müfəttişi və Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.

1999-2002-ci  illərdə müvafiq olaraq  Səbail rayonu üzrə  Vergilər İdarəsinin Fiziki şəxslərin vergiyə cəlb edilməsi və Operativ nəzarət şöbələrinin  rəisi vəzifələrində  çalışmışdır.

2002-2003-illərdə Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin Operativ sahə nəzarətinin təşkili şöbəsinin rəisi  vəzifəsində  çalışmışdır.

2003-2004-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin Operativ nəzarət idarəsinin Analitik-təşkilat  şöbəsinin  rəisi vəzifəsində çalışmışdır.

2004-2005-ci illərdə  Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi baş idarəsinin Operativ nəzarət idarəsinin  şöbə rəisi  vəzifəsində çalışmışdır.

2005-2006-cı illərdə müvafiq olaraq Bakı şəhəri Vergilər  Departamentinin Operativ nəzarət idarəsinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin və 1 saylı filial üzrə operativ nəzarət şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2006-ilin fevral-aprel aylarında Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi  vəzifəsində çalışmışdır.

2006-2009-illərdə  Bakı şəhəri Vergilər  Departamentinin Operativ nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2009-2014-cü illərdə müvafiq olaraq Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Nağd hesablaşmaların auditi idarəsinin rəisi, Departamentin rəis müavini, Departamentin rəis müavini-operativ nəzarət idarəsinin rəisi və Departamentin rəis müavini  vəzifələrində çalışmışdır.

2014-2016-illərdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis muavini vəzifəsində çalışmışdır.

2016-cı ilin noyabr ayında  Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi müavini vəzifəsində çalışmışdır.

2016-2017-ci illərdə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi müavini vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayında Vergilər Nazirliyi yanında  Milli Gəlirlər Departamentinin baş direktorunin müavini vəzifəsində çalışmışdır.

2017-ci ilin fevral ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin  baş direktoru vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

 


 

Azərbaycan Respublikası Prezidentinin  11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası  Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.