Axtar
az|рус|eng
Nazirlik haqqında

Əhmədov İlqar İsmayıl oğlu
Vergilər nazirinin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

1966-cı ildə Zəngilan rayonunda anadan olmuşdur.

1990-cı ildə Azərbaycan Texnologiya Universitetini bitirmişdir.

2002-ci ildə Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Ümumi iqtisadiyyat fakültəsini bitirmişdir.

1996-2002-ci illərdə Şəmkir rayonu üzrə Dövlət Vergi Müfəttişliyində Fiziki şəxlərin vergiyə cəlb edilməsi şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2002-2006-cı illərdə 14 saylı Ərazi Vergilər İdarəsində Operativ nəzarət şöbəsinin rəisi və Audit şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2006-2010-cu illərdə 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

2010-2011-ci illərdə Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Fəaliyyətin qiymətləndirilməsi və monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2011–2016-cı illərdə vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri  vəzifəsində çalışmışdır.

2016- ilin fevral ayından vergilər nazirinin müşaviri - Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ilin noyabr ayından Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2016- ilin dekabr ayından vergilər nazirinin müşaviri - Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi vəzifəsini müvəqqəti icra edən.

2017-ci ilin mart ayından vergilər nazirinin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.