Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Yunusov Məhəmməd İlham oğlu
Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri
 

1984-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr pilləsini, 2008-ci ildə həmin fakültə üzrə magistr pilləsini bitirmişdir.

2010-cu ildə İngiltərədə “London Meridian College”ni bitirmişdir.

2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsi üzrə bakalavr pilləsini bitirmişdir.

2005-2006-cı illərdə Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2006-2007-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının Vergi borcları şöbəsinin Vaxtında təqdim edilməyən bəyannamələrin alınması bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2007-2013-cü illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin Məlumatlandırma işinin təşkili şöbəsinin dövlət vergi müfəttişi, həmin şöbənin böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, həmin idarənin Telefon məlumat şöbəsinin (Vergilər Nazirliyinin Çağrı Mərkəzinin) rəisi vəzifələrində çalışmışdır.

2013-2016-cı illərdə Vergi ödəyicilərinə xidmət baş idarəsinin Xidmət idarəsinin rəisi və həmin baş idarənin rəis müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin may ayından Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin rəisi vəzifəsində çalışır.









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.