Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Nazirlik haqqında

İlkin Etibar oğlu Vəliyev 
Nazirin müavini

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

28 may 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Qərb Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsini bitirmişdir.

2001-2002-ci illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2002-2004-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi baş idarəsidə dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2004-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2009-2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəis müavini işləmişdir.

2010-2011-ci illərdə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəis müavini işləmişdir.

2011-2013-cü illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2013-2015-ci2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi, 2015-ci ildə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin fevral-mart aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

09.02.2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə tərtif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İlkin Etibar oğlu Vəliyevin Azərbaycan Respublikası vergilər nazırinin müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2016-cı il
1927









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.