Axtar
az|рус|eng
Nazirlik haqqında

Məmmədov Elçin Fərrux oğlu
Vergilər nazirin müşaviri
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1984- ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur.

1990-ildə N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirmişdir.

1990-1994- illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin Kooperativ və ictimai təşkilatlarının mənfəətinin vergiyə cəlb edilməsi şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə çalışmışdır.

1994-1996- illərdə isə Baş Dövlət Vergi Müfəttişliyinin Xarici investisiyalı müəssisələrin vergiyə cəlb edilməsi və valyuta gəlirlərinə nəzarət idarəsinin böyük dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.

1997-2000-ci illərdə İri vergi ödəyiciləri ilə iş üzrə idarənin Vergiyə cəlb etmə şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2000-2002-ci illərdə Vergilər Nazirliyinin İri vergi ödəyiciləri və xüsusi vergi rejimi müəssisələrlə iş üzrə baş idarəsinin Bəyannamələr şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2002-2016- illərdə Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016- ilin fevral ayından Vergilər nazirinin müşaviri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.


Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.