Axtar
az|рус|eng
Nazirlik haqqında

Rzayev Zamin Vahid oğlu
Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru 
Baş vergi xidməti müşaviri

 

1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 

2000-2002-ci illərdə Vergilər Nazirliyinin Əli Bayramlı şəhəri Vergilər Şöbəsinin Hüquqi təminat və vergi borclarının alınması bölməsində müxtəlif vəzifələrdə çalışmışdır.

2003-2005-ci illərdə Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi borcları şöbəsində baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində çalışmışdır. 

2006-2007-ci illərdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borcları şöbəsinin Vaxtında təqdim edilməyən bəyannamələrin alınması bölməsində və Hüquq bölməsində çalışmışdır.

2007-2010-cu illərdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2010-2011-ci illərdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2011-2014-cü illərdə Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının məcburi alınması idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2014-2015-ci illərdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin Vergi borclarının alınması şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2015-2016-cı illərdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsində şöbə rəisi və idarə rəisi  vəzifələrində çalışmışdır.

2016-2017-ci illərdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini vəzifəsində çalışmışdır.

2017-ci ilin noyabr ayından Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.