Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Quliyev Taryel Aydın oğlu
Vergilər nazirinin müşaviri
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

1964-cü ildə Ağdam rayonunda anadan olmuşdur.

1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1987-1990-cı illərdə Dövlət Aqrar Sənaye Komitəsində iqtisadçı, böyük mühəndis və baş iqtisadçı vəzifələrində çalışmışdır.

1990-1999-cu illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Qeyri-dövlət müəssisələri və qurumlarının vergiyə cəlb edilməsi şöbəsi və Nəzarət işlərinin təşkili idarəsində müxtəlif vəzifələrdə və rəhbər vəzifələrdə çalışmışdır.  

2000-2004-cü illərdə Vergilər Nazirliyinin Daxili Nəzarət baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2004-2006-cı illərdə Bakı Şəhər Vergilər Departamentinin 2 saylı filialının rəisi vəzifəsində çalışmışdır.

2006-2011-ci illərdə Bakı Şəhəri Vergilər Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2011-2016-cı illərdə Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ilin fevral ayından etibarən vergilər nazirinin müşaviri vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.










Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.