Axtar
az|рус|eng
Nazirlik haqqında

Əmirəliyev İlham Əli oğlu
Vergilər nazirinin müşaviri
Baş vergi xidməti müşaviri 

 

1962-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

1998-ci ildə "Azərbaycan" Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Maliyyə və kredit ixtisasının bakalavr pilləsini bitirmişdir.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin Vergi və vergiqoyma ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. 

19861996-cı illərdə özəl sektorda çalışmışdır.

1996-1997-ci illərdə Dövlət Əmlak Komitəsinin Bakı şəhəri Suraxanı rayonunda Özəlləşdirmə şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır.

1998-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin vergiyə cəlb edilməsi idarəsinin Vergitutmaların təşkili şöbəsində, daha sonra Mənfəətin vergiyə cəlb edilməsi idarəsinin Nəzarət işlərinin təşkili şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2000-2002-ci illərdə Vergilər Nazirliyində Hüquqi şəxslərdə vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət idarəsində, daha sonra Vergi ödəyicilərinin auditi baş idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2002-2007-ci illərdə Vergilər Nazirliyində Operativ nəzarət idarəsinin rəis müavini, Vergi ödəyicilərinin auditi baş idarəsinin rəis müavini vəzifələrdə çalışmışdır.

2007-2016-cı illərdə Operativ nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.  

2016- ilin yanvar ayından etibarən vergilər nazirinin müşaviri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.