Axtar
az|рус|eng
Nazirlik haqqında

 

Məmmədov Habil Amil oğlu
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

 

1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1989-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır.

1995-1997-ci illərdə Qaradağ rayonu üzrə Dövlət Vergi Müfəttişliyində Hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

1997-2000-ci illərdə Nərimanov rayonu üzrə Dövlət Vergi Müfəttişliyi və Xətai rayonu Vergi İdarəsində Nəğd hesablaşmaların aparılması qaydalarına nəzarət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2000-2002-ci illərdə Səbail rayonu Vergi İdarəsində Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2002-2005-ci illərdə müvafiq olaraq Bakı şəhəri Vergilər Departamentində Bəyannamələr şöbəsinin rəisi, Vergi borclarının alınması işinin təşkili şöbəsinin rəisi, Departamentin 2 saylı filialının rəisi vəzifələrində  çalışmışdır.

2005-2007-ci illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2007-2009-cu illərdə Operativ nəzarət idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.

2009-2015-ci illərdə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2015-2016-cı illərdə Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri-Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi vəzifələrində çalışmışdır.

2016-cı ilin fevral ayından Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışmışdır.

2016-cı ilin noyabr ayından Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.


Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 736 saylı Sərəncamına əsasən, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.