Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Nazirlik haqqında

Bəylərov Elçin Bəylər oğlu
Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru
Baş vergi xidməti müşaviri

 

1978-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr pilləsini bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunu “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2003-2006-cı illərdə Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialında müxtəlif vəzifələrdə çalışmışdır.

2006-2009-cu illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsində şöbə rəisi vəzifəsində çalışmışdır.

2009-2011-ci illərdə Xüsusi Rejimli Vergi Xidməti Departamentində şöbə rəisi vəzifəsində çalışmışdır.

2011-2015-ci illərdə İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində şöbə rəisi, idarə rəisi, baş idarə rəisinin müavini vəzifələrində çalışmışdır.

2015-2016-cı illərdə Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi, Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisinin birinci müavini, daha sonra həmin baş idarənin rəisi vəzifələrində çalışmışdır.

2016-cı ilin may ayından Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

 


Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.










Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.