Axtar
az|рус|eng
Nazirlik haqqında

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 3, maddə 195; 2005, 11, maddə 1049; 2009, 9, maddə 713; 2013, 7, maddə 822; 2015, 2, maddə 146; 2016, 4, maddə 711, 10, maddə 1653) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
 
Kollegiyanın sədri
 
Azərbaycan Respublikasının vergilər naziri
 
Kollegiyanın üzvləri:
 
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 1 fevral 2017-ci il
2636





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.