Axtar
az|рус|eng
Vergi Dostları

“Vergi Dostları” şəbəkəsi haqqında

Ölkədə aparılan vergi siyasətinə uyğun olaraq gənc nəslin, o cümlədən orta və ali təhsil müəssisələrinin şagird və tələbə heyətinin vergilər haqqında bilik və anlayışlarının artırılması və onlarda vergi mədəniyyətinin formalaşdırılması istiqamətində Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlıq edir.

Bu gün Vergilər Nazirliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri - cəmiyyətdə vergi mədəniyyətini formalaşdırmaq, vergi orqanı tərəfindən göstərilən vergi xidmətinin ünvanlığına nail olmaq, vergini ödəməyin hər kəsin mənəvi borcu və bu gün ödənilən vergilərin gələcəyə qoyulan sərmayə olduğunu aşılamaqdır.

Lakin əhalinin bütün təbəqələrini, xüsusilə kommunikasiyası, informasiya texnologiyaları zəif olan qəsəbə və kənd sakinlərini vergi sahəsində məlumatlandırmaq, maarifləndirmək vergi orqanları üçün böyük çətinlik yaradır. Bu işdə ictimaiyyətin bütün təbəqələri iştirak etməli, vergi orqanlarına kömək etməlidirlər. Belə ki, “Vergi” məfhumunun hər bir evə, hər bir ailəyə daxil olması vergi mədəniyyətini şərtləndirən amildir. Ona görə də, vergi təbliğatının canlı daşıyıcıları hər bir kənddə, şəhərdə olmalıdırlar.

Bununla əlaqədar olaraq, vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarını genişləndirəcək və vergi orqanları tərəfindən göstərilən xidmətlərin ünvanlığını artıracaq “Vergi Dostları” layihəsinin həyata keçirilməsi zərurəti yaranmışdır.

“Vergi Dostları” layihəsinin məqsədi Ərazi Vergilər İdarələrinin və Vergi ödəyicilərinə xidmət terminallarının yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, həmin idarə və terminalların əhatəsindən kənarda olan kənd və qəsəbələrdən “Vergi Dostları” şəbəkəsinə qoşulmaq istəyən, ictimaiyyətin daha aktiv, vergi işini başa düşən yerli qəsəbə və kənd orta ümumtəhsil məktəblərinin müəllimlərini – “Vergi Dostları”nı bu işə cəlb etməkdir.

“Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir, həmçinin  orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərinin tədrisinə köməklik göstərir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir və s.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.