Search
az|рус|eng
FAQ
"Everybody can get information by means of “question-answer” on the taxes

You can also call “Call Centre” to get answers to your all questions on tax legislation

YOUR QUESTION


"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
Questions were answered by Taxpayers Services Main Department
      
Abdullahi Murad Fikrət, Bakı (22.10.2018) (Read: 33 times, _AVERAGEMARK 4, ID: 17481)
Onlayn satışa görə vergi ödəməliyik? Əgər ödəməsək cəzası varmı və yaxud tutularsaq 1-ci xəbərdarlıq olur?

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

 Vergitutma sistemləri, o cümlədən vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə əsas olur.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin Konstitusiya borcudur.

Bununla yanaşı, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifərlərinə aid edilir.

Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə, vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Digər tərəfdən vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması yaxud vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.

Bax: Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, Vergi Məcəlləsinin 23-cü, 33-cü, 34-cü və 58.2-ci maddələri.

_MARKCOUNT 1    _AVERAGEMARK 4

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Ağayev Rafiq Camaləddin, rafik-1961@mail.ru, Sumqayıt (22.10.2018) (Read: 24 times, ID: 17480)
2-ci qrup əlilə mənzil üzrə əmlak vergisinə güzəşt varmı?

Bildiririk ki, sorğunuzda qeyd olunan şəxslərə əmlak vergisindən güzəştin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 199-cu maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Gülarə Zeynalova, gzeynalova@std.beu.edu.az (22.10.2018) (Read: 31 times, ID: 17479)
Mən bilmək istəyirəm ki, sizdə işə götürmə imtahanlamı olur? Dövlət qulluğu üçün keçirilən imtahandırmı, zəhmət olmasa bu barədə mənə geniş məlumat verəsiniz.

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Elanda müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı verilir və bu vəzifələrə müvafiq ixtisas üzrə ali təhsili olan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra verilən kod əsasında beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=musabiqe&lang=), Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Bax: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Sakti Əliyev Samir, sakas@mail.ru, Bakı (22.10.2018) (Read: 23 times, ID: 17478)
Şirkətimiz Dövlət Rüsumu haqqında Qanuna əsasən əcnəbi şəxsin işləməsi üçün iş icazəsinin alınmasına görə rüsum işəgötürən tərəfindən ödənir-1000 manat. Əcnəbi şəxsin işə alınması şirkətimizin gəlir əldə etməsi ilə əlaqədardır. Həmin rüsum məbləğini gəlirdən çıxa bilərikmi?

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər (dövlət rüsumu və s.) gəlirdən çıxılır. Odur ki, sorğunuzda qeyd edilmiş halda ödənilmiş dövlət rüsumu gəlirdən çıxılan xərclərə aid edilə bilər.

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


İslam Həbibov Afərin, isi_gs@mail.ru, Bakı (22.10.2018) (Read: 25 times, _AVERAGEMARK 5, ID: 17477)
Mən bilmək istəyirdim ki, təsisçi maliyyə qoyuluşunu nağd qaydada edə bilərmi? Yoxsa yalnızca notarial qaydada müqavilə bağlamalı və notariatda bank hesabından hüquqi şəxsin bank hesabına maliyə qoyuluşu etməlidir?

Sorğunuzdan təsisçi tərəfindən müəssisəyə borc pul vəsaitinin verilməsi barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Eyni zamanda bildiririk ki, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu, o cümlədən də müqavilənin qüvvədə olma müddəti ilə bağlı şərtləri müəyyənləşdirə bilərlər.

Mülki qanunvericilikdə pul vəsaitlərinin borc verilməsinin notarial qaydada təsdiq olunması mülki qanunvericilikdə tələb kimi qoyulmasa da, borc verən və borc alan müvafiq müqaviləni öz istəklərinə əsasən notarial qaydada təsdiq edə bilərlər.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Mülki Məcəllənin 6.2-ci, 389-cu, 390-cı, 739-cu və 740-cı maddələri, “Nağdsız hesablaşmalar haqqındaAzərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

_MARKCOUNT 2    _AVERAGEMARK 5

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Murad İsfəndiyarlı, murad.isgenderov95@gmail.com, İsmayıllı (22.10.2018) (Read: 14 times, ID: 17476)
Müəssisə rektifikasiya olunmuş etil spirtini qablaşdıraraq rektifikasiya olunmuş tibbi spirt formasında yalnız əczaxanalara satır. Rektifikasiya olunmuş etil spirti istehsal müəssisələrindən əldə olunacaqdır. Mal alqı-satqısının aksizə cəlb olunub-olunmaması barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

Bildiririk ki, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (Podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

Göründüyü kimi, yalnız aksizli malları idxal və ya istehsal edən vergi ödəyiciləri aksiz vergisinin ödəyiciləri hesab olunurlar.

Bax: Vergi Məcəlləsinin 183-cü maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Haqverdiyeva Sədiqə Murtuz, sediqeh@hotmail.com, Bakı (22.10.2018) (Read: 27 times, ID: 17475)
Sualım avans ödənişlərlə əlaqədardır. Şirkət digər bir şırkətlə alqı â–satqı müqaviləsi bağlayır. Müqavilənin şərtlərinə uyğun olaraq ödənişin 50 %-i avans olaraq şirkətin bank hesabına ödənilir. Mal-materialın təhvili həyata keçirilmədən avans ödənişə elektron qaimə verilməsi doğrudurmu?

Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Alınmış avans məbləğinə görə mal (iş, xidmət) təqdim edilmədiyi halda elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Anar Xasayev Elxan, Evronik-108@mail.ru, Bakı (22.10.2018) (Read: 21 times, ID: 17474)
1. Şirkətdə ildə 1 dəfə 30 gün məzuniyyət verilir əməkdaşlara (staja görə, uşağı olduğuna görə və sairə...günlər artır...) İşçiyə il ərzində 30 gün yox, cəmi 7 gün məzuniyyət versək dövlət tərəfindən cərimə olunacayıq ya yox?
2: Əmək kitaçasında işçinin iş yeri, yəni işlədiyi şirkət "De Luxe" MMC yazılıb. Bir müddətdən sonra şirkətin adı dəyişdirilir "Cosmo" MMC olur. Əmək kitabçasında "De Luxe" şirkətin möhürü altında "Cosmo" MMC-nin möhürünü vuraq və yazaq şirkətin adı dəyişdirilib filan tarixdə? Əsas: Dovlət Reyestrindən Çıxarış. Belə etmək olar?

1 və 2. Cavab: Bildiririk ki, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.

Bununla belə, əmək qanunvericiliyinin pozulması, habelə əmək kitabçasının tərtibatı barədə ətraflı və dəqiq məlumatın alınması üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: İnzibati Xətalar Məcəlləsin 192.5-ci maddəsi. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Rzayev Vüsal Mübariz, vusalrza@gmail.com, Bakı (22.10.2018) (Read: 20 times, ID: 17473)
Şirkəti özünün daxili sənədləşmələrindən istifadə etməklə uçot aparması ilə AR MN-nin təsdiq etdiyi ciddi hesabat blanklarının tətbiq edilməməsinə görə hansı cərimə və sanksiyalar gözləyir?

Bildiririk ki, vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq olunur.

Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlərin, habelə elektron daşıyıcılarındakı məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Cavabın əsaslandırılması: Vergi Məcəlləsinin 71-1-ci58.8-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Həmidova Aynurə Qafqaz, mpi271a@inbox.ru, Şəki (22.10.2018) (Read: 17 times, ID: 17472)
Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

Bildiririk ki, şəxsin əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilməməsi vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından birini təşkil edir.

Bax: Vergi Məcəlləsinin 3.5-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Zahir Vəliyev Kamran, zahir039@mail.ru, Sumqayıt (22.10.2018) (Read: 23 times, ID: 17471)
Mənim 5 kv. mağazam var. Özüm də şəhid ailəsiyəm. Mənə vergi vermək düşür? Mən təzə açmışam 40 azn cərimə yazıblar. Əsası var yoxsa yoxdu?

Bildiririk ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir, əks təqdirdə həmin şəxsə vergi orqanında uçota alınmaq üçün ərizə ilə müraciət etmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Onu da qeyd edək ki, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərlə bağlı güzəşt yalnız muzdlu işlə əlaqədar əldə olunan gəlirlərdən həmin şəxslərin valideynləri və həyat yoldaşlarına verilir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə güzəştin verilməsi isə Vergi Məcəlləsində nəzərdə tutulmur.

Bax: Vergi Məcəlləsinin 33.4-cü, 58.1-ci102.4.2-ci maddələri.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Məmmədova Şirinxanım Qardaşəli, shirinxanum19600502@gmail.com, Bakı (22.10.2018) (Read: 15 times, ID: 17470)
Hüquqi şəxs olaraq, sadələşdirilmiş vergi ödəyicisi kimi vasitəçilik xidməti göstərmək istərdim. Vasitəçi dedikdə, hər hansı bir sifarişçidən sifarişi götürüb onu təşkil etmək və bunun müqabilində əlavə olaraq ödəniləcək məbləğin 15 %-nin (komissiya) əldə edilməsini nəzərdə tuturam. Nümunə olaraq:
1. Nəqliyyat, hotellərin rezervasiyası, müəyyən bir sahə üzrə mütəxəssis tapmaq, hər hansı bir mal-əşyanı təşkil etmək və s. xidmətlərin təşkilində vasitəçilik etmək.
2. Ölkəmizdə tədbir keçirmək istəyən sifarişçinin qonaqlarını qarşılamaq, oteldə rezervasiya etmək, tədbiri təşkil etmək və ölkəmizlə tanış olmaq üçün müəyyən dili bilən bələdçi ilə təmin etmək kimi sifarişlərin icrası.
3. Sifarişçi üçün müəyyən bir müddətə müqavilədə göstərilən ödəniş şərtləri əsasında tərcüməçi təmin etmək.
Vasitəçilik xidmətlərinin göstərilməsinə dair müqaviləni bağlayarkən vasitəçi və sifarişçi arasında göstərilən xidmətin predmetini, xərclərin dəyərinin hansı qiymətlə hesablanmasını, xərc məbləğinin üzərinə 15 % əlavə olaraq komisyon məbləğinin hesablanmasını və bütün məbləğin bank hesabıma ödənilməsini qeyd etmək. Vasitəçilik müqaviləsində qeyd edilən xidmətləri göstərən şəxslərlə xidmət müqaviləsi bağlamaq və hesabıma daxil olan vəsaitdən ödəniş etmək.
Sual: bütün məbləğin sifarişçi tərəfindən faktiki olaraq hesabıma ödənilməsinə baxmayaraq, mənim faktiki gəlirim ödənilən məbləğin yalnız 15%-ni (komissiya) təşkil edir. Hüquqi şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi olaraq 4% vergi yalnız əldə etdiyim 15% (komissiya) gəlir məbləğindən ödənməlidir. Bu barədə fikrinizi öyrənmək istərdim.

Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyinə və onun tələblərinə əsaslanır.

Bununla əlaqədar bildiririk ki, mülki qanunvericiliyə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına, onun göstərişlərinə əməl etməklə bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Bu baxımdan şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (komissiya müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab-fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edilmək şərti ilə komisyonçu şəxs komitentin müəyyən etdiyi qiymətləri tətbiq etdikdə komisyonçu üçün vergitutma obyektini komissiya haqqının məbləği təşkil edəcəkdir.

Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi, Mülki Məcəllənin 2.2-ci, 808.1-ci810.1-ci maddələri.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Kamal Quluzadə Habil, kamal.guluzada@gmail.com, Lənkəran (19.10.2018) (Read: 44 times, _AVERAGEMARK 3.33, ID: 17469)
Hüquqi şəxslərin dövlət reyestri məlumatlarının təqdim edilməsi barədə 1. Məlumat üçün bildirim ki, pasient olaraq tez-tez Sağlam Ailə klinikasının Ə.Rəcəbli-3 küç., bina 10-da yerləşən Nərimanov filialının xidmətlərindən tez-tez istifadə edirəm, amma hər dəfə xidmətlərə görə ödəniş etdiyim zaman ödənişi təsdiq edən hər hansı qəbz təqdim olunmadığından (*yalnız analizlərin siyahısı əks olunan blank verilir klinikanın təşkilati-hüquqi forması, hüquqi ünvanı, həmçinin VÖEN-i haqqında hər hansı məlumat əldə edə bilmirəm.
2.Yaxşı xatırlayıram ki, hələ 15.10.2015-ci ildə «188 Yükdaşıma xidməti»nin xidmətindən istifadə etdikdən sonra maddi və mənəvi zərərə uğradığımı yəqin etdim, lakin tələb olunan ödənişi â– 70 AZN-i ödədikdən sonra xidmətin əməkdaşı tərəfindən ödənişi təsdiq edən hər hansı qəbz və yaxud bu formada olan digər sənəd təqdim olunmadığına görə bu şirkətin məhkəməyə müraciət etmək üçün tələb olunan rəsmi hüquqi ünvanı, təşkilati-hüquqi forması və həmçinin VÖEN-i barədə hər hansı məlumatı hələ də əldə edə bilməmişəm. Xahiş olunur ki, qeyd etdiklərimi nəzərə alıb yuxarıda qeyd etdiyim hər iki fərqli kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş və əldə etmək hüququm olan məlumatları mənə göndərəsiniz.

Bildiririk ki, vergi ödəyicisinin VÖEN-inin öyrənilməsi üçün Vergilər Nazirliyinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatı əldə etmək üçün isəKommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumat elektron xidmətindən istifadə edərək “Ada görə” və “VÖEN-ə görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

_MARKCOUNT 3    _AVERAGEMARK 3.33

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Sevinc Qasımova Nadir, sevinc1127qasimova@gmail.com (19.10.2018) (Read: 71 times, _AVERAGEMARK 3, ID: 17468)
Biz ödənişlərin bir hissəsini nağd, bir hissəsini isə bankla ödəyirik. İndi keçən ilin mənfəətindən təsisçiyə 10% divident məbləğini tutaraq kassadan nağd pul vermək istiyirik. Bu mümkündürmü? Mümkündürsə məbləğ məhdudiyyəti varmı? Burdada 30.000 manat söhbəti olacaqmı? 10 %-i banka köçürəciyik.

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna əsasən hüquqi şəxs tərəfindən onun təsisçilərinə təqvim ayı ərzində dividendlərin nağd qaydada ödənilməsi Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində həyata keçirilə bilər.

Xatırladırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 58.7-1-ci, Nağdsız hesablaşmalar haqqındaAzərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

_MARKCOUNT 1    _AVERAGEMARK 3

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Zahir Vəliyev Kamran, zahir039@mail.ru, Sumqayıt (19.10.2018) (Read: 47 times, _AVERAGEMARK 5, ID: 17467)
Şəhid aliləsi vergidən azaddılar, neçə kvadratdan sonra vergi verilir, kimlər vergidən azaddir?

Bildiririk ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəhid aliləsinə vergi güzəştinin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, o cümlədən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən, o cümlədən fiziki şəxsləri əmlak və torpaq vergisindən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Bax: Vergi Məcəlləsinin 4.4-cü, 102.2-ci, 199.3-cü207.2-ci maddələri.

_MARKCOUNT 1    _AVERAGEMARK 5

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Tural Quliyev, turall.guliyev@gmail.com (19.10.2018) (Read: 44 times, _AVERAGEMARK 5, ID: 17466)
Müəssisə işçisini Bakıya ezamiyyəyə göndərir. Əvvəlcədən 100 AZN avans verir işçiyə (Norma 90 AZN-dır və V.M-nin 109.7-ci maddəsinə əsasən 10 AZN-i 343-cü hesabdan qarşılamağı nəzərə alır). İşçi ezamiyyədən gəldikdən sonra 3 gün ərzində avans hesabatını rəhbərliyə təqdim edir. 1. Mehmanxana xərci üçün 65 AZN-lik xərc sənədi gətirir. Mehmanxana xərcində 8 Aznlik fərq yaranır (90*80%-65). Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi tanıyacaq? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?
2. Eyni işçi əgər mehmanxana xərci üçün 80 Aznlik sənəd təqdim edərsə,bu halda da 8 aznlik mehmanxana xərcində fərq yaranır (80 - 90*80%). Burada hansı məbləğ işçinin vergi tutulan gəliridir? Bu halda müəssisə hansı məbləği ezamiyyə xərci kimi xərcinə silə biləcək?
3. İşçi mehmanxana xərcini təsdiqləyən heç bir sənəd təqdim etmir. Bu halda müəssisə hansı məbləği xərcinə siləcək? Hansı məbləğ işçinin vergi tutulan gəliri kimi tanınacaq?

Bildiririk ki, ezamiyyə xərclərinin hesablanaması “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına və Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”na əsasən hesablanır.

Ezamiyyə xərclərinin norması və verilməsi qaydalarını tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarında və Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nda Azərbaycan Respublikasının ərazisində ezamiyyətə göndərilən şəxslər tərəfindən təsdiqedici sənədələrin təqdim olunması göstərilir.

Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Ezamiyyətə göndərilmiş işçiyə ödənilən faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir və həmin məbləğlər müəssisənin sərbəst mənfəəti (gəliri) hesabına maliyyələşdirilir.

İşçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği isə gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Bax: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci109.7-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

_MARKCOUNT 3    _AVERAGEMARK 5

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Vasif Mürvətov, vmurvetov@inbox.ru, Bakı (19.10.2018) (Read: 33 times, ID: 17465)
AR VM 164.1.9 maddəsi. Suallar:
1. Bu maddə hüzn məclislərinin təşkilini də özündə ehtiva edirmi, yoxsa hüzn məclisləri iaşə xidməti hesab edilir?
2. Şəxsin il ərzində dəfn və qəbirstanlıq mərasim xidmətləri üzrə 165.000 azn, hüzn məclisləri üzrə isə 120.000 azn, ticarət üzrə isə 40.000 azn dövriyyəsi olmuşdur. Cəmi dövriyyə 325.000 azn, bundan 165.000 azn isə ƏDV-yə cəlb edilməyən dövriyyə təşkil edir. Şəxs məcburi qaydada ƏDV qeydiyyatına durmalıdırmı?

Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələlər aidiyyəti üzrə araşdırılır və nəticəsi barədə Sizə məlumat veriləcəkdir.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Tural Çərkəzli, turaleconomics@mail.ru, Bakı (19.10.2018) (Read: 41 times, _AVERAGEMARK 1, ID: 17464)
Təsisçi dividenti nağdsız hesablaşmalar haqqında qanunda limiti gözləməklə 23000 manat nağd divident götürmək istəyərsə, bu zaman kassa məxaric orderiylə 20700 manat (2300 divident vergisi çıxıldıqdan sonra) dividentin ödənilməsi zamanı kassa məxaricin yanında hansı sənədlər olmalıdır ki, kassa məxaric yazıla bilinsin? Mənfəət bəyannaməsi kifayətdir yoxsa əlavə təsisçi (1 nəfərdir) qərar verməlidir özü-özünə ki, 23000 min divident götürürəm? Vergi auditi zamanı hansı sənədlər yerində olmalıdır?

1 və 2. Cavab: Bildiririk ki, mülki münasibətləri tənzimləyən Ìülki Məcəlləyə əsasən səhmdar cəmiyyətin xalis mənfəətin bölüşdürülməsi səhmdarların, məhdud məsuliyyətli cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi isə cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir.

Bunlarla yanaşı, vergi qanunvericiliyində hüquqi şəxslər tərəfindən öz təsisçilərinə (payçılarına) dividend ödənilməsinin nəzərdə tutulduğu, habelə dividendin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olaraq müəyyən edildiyi nəzərə alınaraq, vergi ödəyiciləri tərəfindən gəlir və xərclər, o cümlədən mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmalıdır.

Buna əsasən sorğuda qeyd edilən hallarda mühasibat uçotunun tələbləri və uçotun aparılmasının qanunvericiliyə uyğun təşkil edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Dövlət vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları zamanı gəlir və xərclərin uçotu aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda vergi orqanları tərəfindən vergilərin hesablanması əlaqəli məlumatlar əsasında həyata keçirilir.

Bax: Ìülki Məcəllənin 90-1-ci, 106-3.1-ci, Vergi Məcəlləsinin 13.2.15-ci37-ci, 67-ci və 130-cu maddələri.

_MARKCOUNT 1    _AVERAGEMARK 1

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Ağayev Zakir Ağahüseyn, zakiragayev@gmail.com, Bakı (17.10.2018) (Read: 67 times, ID: 17463)
Bu suala 1-ci dəfə cavab verilmədiyi üçün 2-ci dəfə Sizi narahat edirəm. Sual: Mərc oyunları üzrə fəaliyyət göstərən Sadələşmiş Vergi Ödəyicisi olan A şirkəti ƏDV Ödəyicisi olan B şirkətindən 2014-ci ildə borc müqaviləsi əsasında 1 000 000 ABŞ dolları borc almışdır. A şirkətinin cari hesabında vəsaiti olduğu halda: 1) Borcun hamısını B şirkətinə ödəyə bilərmi? 2) B şirkəti həmin vəsaitin hamısını bankdan birdəfəlik ala bilərmi ya 30 000 AZN ekvalentində almalıdır? 3) Bu halda A və B şirkətlərinin vergi öhtəlikləri necə hesablanır?

Bildiririk ki, eyni məzmunlu sorğunuz 17.10.2018-ci il tarixdə (İD:17455) “Sual-cavab” bölməsində yerləşdirilmişdir.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Əsədova Nərminə Tariel, nara46@bk.ru, Bakı (17.10.2018) (Read: 69 times, ID: 17462)
Salam paypal vastəsi ilə ödəniş edilən zaman 18% ƏDV bank tərəfindən tutulubsa geri qaytarmaq mümkündü? Pul kisəsi deyil, ödəniş vastəsidi. Malların alınması ilə bağlı pul köçürülüb.

Bildiririk ki, virtual ticarət meydanlarından, o cümlədən də www.ebay.com saytından malların elektron ticarət qaydasında satışının ƏDV-yə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Bank tərəfindən tutulan əlavə məbləğlər və artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Şirinov Akif Vəzir, akif.zaur@mail.ru, Bakı (17.10.2018) (Read: 33 times, ID: 17461)
Xarici ölkədən idxal olunan mallara görə Respublikamızda ödənilən idxal karantin icazəsinin verilməsinə, idxal mallarına qida təhlükəsizlik sertifikatınin verilməsinə rüsum və ərzaqlıq buğdanın toksoloji müayinəsi, karantin ekspertiza müayinəsi üçün ödənilən vəsait idxal malın dəyərinə daxil edilir, ya digər xərclərə daxil edilir.(ya da qeyri â– maddi aktiv kimi qəbul edilir.)?

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər (dövlət rüsumu və s.) gəlirdən çıxılır. 

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Müşfiq Nuriyev Gülam, a.cahangir@hotmail.com, Qobustan (17.10.2018) (Read: 46 times, ID: 17460)
Qobustan Bölgə Təcrübə Stansiyası kənd təsərrüfatı istehsalçısı və satıcısıdr. Qobustan BTS Vergi ödəyicisi deyil. Bilmək istərdim ki, bizim toxum satışı zamanı elektron qaimə yazmağımız vacibdirmi? Elektron qaimə yazmaq vacib olarsa bəzi toxumçu fermerlərin vergiyə daxil olub qaiməni təsdiq etmək üçün "Asan" və ya "Elektron" imzaları olmazsa onlarada qaimə yazmaq vacibdir?

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti sayılıdığından vergi orqanlarında uçota duraraq VÖEN əldə edilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Eyni zamanda bildiririk ki, kənd təsərrüfatı mallarının alıcıya pərakəndə satış, yəni sahibkarlıq fəaliyyəti deyil, son istehlak məqsədləri ilə təqdim edilməsi nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilir.

Topdansatış ticarət obyektlərindən isə mallar yalnız sahibkarlıq fəaliyyəti subyektlərinə və elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməklə təqdim edilməlidir.

Elektron qaimə fakturanın təqdim edilməsi üçün gücləndirilmiş elektron imzanın (o cümlədən Asan İmzanın) olması zəruridir.

Bax: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 13.2.62-ci, 13.2.63-cü71-1-ci maddələri.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Abbas İsmayılov, abbas.lawyer88@gmail.com (17.10.2018) (Read: 26 times, ID: 17459)
Mülki Məcəllənin 67.1-ci maddəsində Törəmə təsərrüfat cəmiyyəti hesab edilmənin 2 növü müəyyən edilmişdir 1. digər HŞ cəmiyyətin nizamnaməsində üstün iştirakına görə 2. onlar arasında imzalanmış müqaviləyə görə. Mülki Məcəllənin 67.3-cü maddəsində isə qeyd edilir ki: Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur. SUAL: əgər HŞ cəmiyyətin Nizamnaməsində digər HŞ-lərin üstün iştirakına görə törəmə təsərrüfat cəmiyyəti sayılırsa məcburi göstərişlərin verilə bilməsi üçün törəmə cəmiyyət və əsas cəmiyyət arasında 67.3-cü maddədə nəzərdə tutulmuş qaydada müqavilə imzalamaq tələb edilirmi?

Bildiririk ki, törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.

Eyni zamanda bildiririk ki, sorğunuzla bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Mülki Məcəllənin 67-ci maddəsi.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Nicat Cəfərov Zahid, nicat.cafarov.94@mail.ru, Gəncə (17.10.2018) (Read: 27 times, ID: 17458)
Mən Azerbaycan Texnologiya Universitetinin ixtisas olaraq Senayenin təşkili və idarə olunması. Fakültə olaraq İqtisadiyyat və İdarə Etməni bitirmişəm. Azerbaycan Respublikasının Vergi Orqanlarına daxil ola bilrəm?

Bildiririk ki, vergi orqanlarına işə qəbulla bağlı elanlar olduqda saytımızda namizədlər üçün qoyulmuş tələblər, o cümlədən ixtisaslar barədə məlumatlar yerləşdirilir. Işə qəbulla bağlı elanlarla saytımızdan bu ünvanda tanış ola bilərsiniz.

Qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə (012) 403-81-35 nömrəli telefona müraciət etməyiniz tövsiyə olunur.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


İlkin Süleymanov Mehman, 97-81@mail.ru, Xudat (17.10.2018) (Read: 72 times, ID: 17457)
Xaricdən ölkəyə gətirilən hər 2 və daha artıq mobil cihaz üçün neçə faiz vergi nəzərdə tutulub?

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır.

Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Bununla yanaşı, bildiririk ki, mobil cihazların qeydiyyata alınması zamanı dövlət rüsumunun tətbiqini tənzimləyən ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

Qeyd olunan qanuna əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və ƏDV tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tutulur, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri isə hər il üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunur ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” də Nazirlər Kabinetinin 31.07.2018-ci il tarixli 336 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Mobil cihazların qeydiyyatı ilə bağlı ətraflı məlumat almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyiniz Sizə tövsiyə olunur.

Bax: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli 1187-VQD nömrəli Qanunu, ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli 149 nömrəli Fərmanı, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 31.07.2018-ci il tarixli 336 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Zahid Səttarov, s_zahid@mail.ru, Bakı (17.10.2018) (Read: 37 times, ID: 17456)
Bizim təşkilatın nəznində Publik Hüquqi şəxs yaradılıb (nəzərinizə çatdırmaq istəyirəm ki, təşkilatımız büdcə təşkilatıdır). Bilmək istərdim ki, işçilərə mükafat, maddi yardım və müavinat hesablanada həmin məbləği xərcə sala bilərəm və yaxud hesablama aparmaq üçün mənfəətdən fond ayırmalayam? Əvvələr mükafat, maddi yardım və müavinatlar hesablanarkən təşkilatın xərclərinə salınmırdır. Mənfəət alınandan sonra fondlar ayrılırdı və yuxarıda qeyd etdiyim hesablamalar bu fondlardan çıxılıdı. Bu sualla 195-1 nömrəsi ilə əlaqə saxladım, oradan mənə dedilər ki, bu VM-nin 109.3-cü maddəsinə əsasən xərcə salınmır. İstərdim məni bu haqda ətraflı izah verəsiniz.

Bildiririk ki,  Əmək Məcəlləsinin müddəalarına əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı hesab olunur.

Vergi Məcəlləsinin müddəalarına əsasən isə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əməyin ödənilməsi sisteminə uyğun olaraq pul mükafatının məbləği və ya qiymətli əşya şəklində verilən hədiyyənin dəyəri əmək haqqının tərkib hissəsi olaraq gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi gəlirdən çıxılır, digər mükafatlar, maddi yardım və müavinatlar isə gəlirdən çıxılmır.

Bax:  Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci, 108-ci, 109-cu və Əmək Məcəlləsinin  3-cü, 154-cü, 157-ci, 185.1-ci maddələri.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Ağayev Zakir Ağahüseyn, zakiragayev@gmail.com, Bakı (17.10.2018) (Read: 72 times, ID: 17455)
Mərc oyunları üzrə fəaliyyət göstərən, sadələşdirilmiş vergi ödəyicisi olan A şirkəti ƏDV ödəyicisi olan B şirkətindən 2014-ci ildə borc müqaviləsi əsasında 1 000 000 ABŞ dolları borc almışdır. A şirkətinin cari hesabında vəsaiti olduğu halda borcun hamısını B şirkətinə ödəyir. 1. B şirkəti cari hesabına ödənmiş vəsaitin hamısını birdəfəlik ala bilər və ya 30 000 AZN ekvivalentində almalıdırmı?
2. Bu halda A və B şirkətlərinin vergi öhtəlikləri necə hesablanıb, bəyan olunur?

1. Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən borc pul vəsaitləri faizlərlə şərtləndirildiyi halda təqvim ayı ərzində Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsi ilə müəyyən olunmuş hədlər daxilində nağd qaydada qaytarıla bilər. 

Eyni zamanda Qanunun 3.4.6-cı maddəsinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir.

Bu zaman borcun Qanunla müəyyən olunmuş həddən artıq olan hissəsinin nağd qaydada qaytarılmasını, həmçinin faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) nağd qaydada ödənilməsini və qəbul edilməsini həyata keçirən şəxslərə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsi və Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunun 3.4.6-cı maddəsi.

2. Cavab: Bildiririk ki, müəssisə tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla belə, rezident müəssisələrin və qeyri-rezident müəssisələrinin faizlərdən əldə edilən gəlirləri isə ödəmə mənbəyində tutulan vergi məbləğləri nəzərə alınmaqla mənfəət vergisinə cəlb edilir.

Bax: Vergi Məcəlləsinin 14.6.4-cü, 14.6.6-cı, 104-cü, 108-ci, 123.1-ci və Mülki Məcəllənin 739.2-ci maddələri ilə tənzimlənir.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Tural Quliyev, turall.guliyev@gmail.com (17.10.2018) (Read: 55 times, _AVERAGEMARK 5, ID: 17454)
Vergi məcəlləsinin 102.1.10 maddəsinə bir neçə praktiki izah ala bilərəmmi? Hansı ödənişlər kompensasiya xarakterli sayılır? Və 102.1.10 maddəsi ilə 102.1.14 də qeyd olunan kompensasiya ödənişlərinin nə kimi fərqləri var?

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi ilə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, 102.1.14-cü maddəsi ilə isə fiziki şəxslərə dəymiş zərərlə əlaqədar olmayan kompensasiya xarakterli ödəmələr nəzərdə tutulmuşdur. 

Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 

Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 

Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 

Fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərə nələrin aid edildiyi isə Vergi Məcəlləsinin 102.1.14.1-102.1.14.16-cı maddələrində sadalanmışdır.

Bax: Vergi Məcəlləsinin 102.1.10-cu102.1.14-cü maddələri.

_MARKCOUNT 2    _AVERAGEMARK 5

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Gulya Allahverdi, guldaneallahverdiyeva@gmail.com (17.10.2018) (Read: 63 times, _AVERAGEMARK 5, ID: 17453)
4% sadələşdirilmiş vergi ödəyicisi rüb ərzində EQF təqdim etmişdir. Lakin qarşı tərəf EQF-da göstərilən tam məbləğdən az ödəniş etmiş və borclu qalmışdır. Sualım bundan ibarətdir ki, rüblük hesabat verən zaman 801, 802, 803-cü sətirlərdə aylar üzrə bank hesabına daxil olan məbləğ göstərilir ya aylar üzrə göndərilmiş EQF məbləği?

Bildiririk ki, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 801-ci, 802-ci və 803-cü sətirlərinin xanalarında vergi ödəyicisinin müvafiq olaraq hesabat rübünün 1-ci, 2-ci və 3-cü aylarında təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri, 804-cü sətrində isə hesabat rübü üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi yazılır.

Bax: Azərbaycan Råspublikası vårgilər nazirinin 13.01.2017-ci il tariõli əmri ilə təsdiq ådilmiş Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

_MARKCOUNT 2    _AVERAGEMARK 5

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram


Orxan Namaz Saribəy, orxan.namaz@gmail.com, Xırdalan (17.10.2018) (Read: 34 times, ID: 17452)
1. Yeni MMC təsis etmişik, hal-hazırda sadələşmiş vergi ödəyicisiyik. Fəaliyyətimizin məqsədi kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə məşğul olmaqdır. Vergi Məcəlləsinin 164.1.34 maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı zamanı ƏDV tutulmur. Şirkətimiz 164.1.34 maddəsində göstərilmiş təyinata uyğun olaraq qurğu və avadanlıqları xaricdən idxal edib, yerli şirkətlərə satışını təşkil etmək istəyir. Bu fəaliyyət ilə məşğul olmaq üçün şirkətimiz ƏDV ödəyicisi olmalıdır yoxsa sadələşmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərmək olarmı?
2. Şirkətimiz könüllü olaraq ƏDV ödəyicisi oldu. 164.1.34 maddəsində göstərilmiş təyinata uyğun olaraq qurğu və avadanlıqları idxal edən zaman ƏDV tutulmur, malı idxal edəndən sonra ƏDV ödəyicisi olan rezident şirkətə 164.1.34 maddəsində göstərilmiş avadanlıq və qurğuları satışında da ƏDV dən azaddır? ƏDV ödəyicisi olaraq şirkətimiz ƏDV ödəyicisinə e-qaimə də ƏDV üzrə necə qeyd etməlidir? Zəhmət olmasa 164.1.34 maddə tətbiqi ilə bağlı bizə əlavə məlumat verəsiniz.

Bildiririk ki, eyni məzmunlu sorğunuz 27.09.2018-ci il tarixdə (İD:17384) cavablandırılmışdır.

_MARKCOUNT 0    _AVERAGEMARK 0

Your mark for this answer?  



Dictionary of terms | Facebook | Twitter | Youtube | Instagram




When you see any incorrect or inaccurate information in our website,
please give us information about it by selecting that text and pressing Ctrl+Enter buttons


Awards and achievements

Ministry of taxes of the Republic of Azerbaijan
2002 - 2018

*Attention! Please, submit your electronic appeals (suggestion, application, complaint) via "E-services" section of our web page or "Online appeals" subcategory of "Appeals" section.