Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

Ən çox verilən suallar

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>

Ən çox verilən suallar

1) “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "Bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında AR Prezidentinin Sərəncamı (N 2458, 25.10.2007)” ilə harada tanış ola bilərəm? (ID: 1)

2) Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı proseduru necə həyata keçirilir? (ID: 2)

3) Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını aparan vergi orqanlarının yerləşdiyi ünvanlar barədə haradan məlumat ala bilərəm? (ID: 3)

4) Sahibkar tərəfindən hazırlanmış sənədlərin ilkin yoxlanılması üçün hara müraciət edə bilərəm? (ID: 4)

5) Yerli investisiyalı kommersiya qurumu üçün qeydiyyat zamanı hansı sənədlər tələb olunur? (ID: 5)

6) Xarici kommersiya qurumunun nümayəndəlik və ya filialları üçün dövlət qeydiyyatı zamanı hansı sənədlər tələb olunur? (ID: 6)

7) Xarici investisiyalı kommersiya qurumu, habelə müştərək kommersiya qurumları üçün dövlət qeydiyyatı zamanı hansı sənədlər tələb olunur? (ID: 7)

8) Qeydiyyat üçün tələb olunan ərizə və arayış formalarını haradan əldə edə bilərəm? (ID: 8)

9) Qeydiyyat üçün tələb olunan sənədlərin doldurulma qaydaları ilə harada tanış ola bilərəm? (ID: 9)

10) Nizamnamə nümunələri ilə harada tanış ola bilərəm? (ID: 10)

11) Mən fiziki şəxs kimi vergi orqanında uçota durmaq istəyirəm, hansı sənədlər tələb olunacaq? (ID: 11)

12) Fiziki şəxs VÖEN-i necə bağlaya bilər (fəalyyətsizliklə bağlı)? (ID: 12)

13) Hüquqi şəxs kimi qeydiyyatdan keçmək üçün nə etməliyəm, hansı sənədlər tələb olunur? (ID: 13)

14) Kassa aparatı qeydiyyata alınarkən hər hansı rüsum ödənməlidirmi? (ID: 14)

15) Bu yaxınlarda VÖEN əldə etmişəm və hələlik fəaliyyət göstərmirəm. Bu halda yaxınlaşıb onu bağlatdırmalıyam ya yox, əgər bağlatdırmalıyamsa bu əməliyyatı hansı tarixdə etməliyəm? (ID: 15)

16) Mən dükan açmaq istəyirəm. Bunun üçün ilk növbədə hansı sənədlər lazımdır? Mən hər hansı rüsumu əvvəlcədən ödəməliyəmmi? (ID: 16)

17) Mən xarici ölkədə çalışıram, Azərbaycan vətəndaşıyam. Fiziki şəxsəm. Mən orada əldə etdiyim gəlirə görə Azərbaycanda da gəlir vergisi verməliyəmmi? Hansı şəkildə? (ID: 17)

18) Mən məcburi köçkünəm və özəl firmada işləyirəm. Güzəşt almaq üçün hansı sənədləri təqdim etməliyəm? (ID: 18)

19) Əvvəlki illərə görə istifadə olunmamış məzuniyyətə görə fiziki şəxslərdən tutulan gəlir vergisi nece hesablanmalıdır? (ID: 19)

20) Keçirilmiş imtahan testlərinin olduğu kitab və yaxud jurnalı haradan əldə edə bilərəm? (ID: 20)

21) Vergi orqanına işə qəbulun şərtləri hansılardır? (ID: 21)

22) Elektron vergi hesab-fakturasının nə olduğunu bilmək istərdim. (ID: 22)

23) Sadələşdirilmiş vergi hansı məbləğdən sonra ƏDV ödəyicisi kimi qeydiyyata dura bilər? (ID: 23)

24) ƏDV-nin "0 "dərəcə ilə tutulması necə baş verir? (ID: 24)

25) Xahiş edirəm ƏDV-yə "0" dərəcə ilə cəlb edilən və ƏDV-yə cəlb edilməyənin fərqini mənə izah edəsiniz. (ID: 25)

26) Əlavə Dəyər Vergisi nədir və necə tətbiq olunur? (ID: 27)

27) Vergi bəyannamələrin internetlə verilməsinə keçid mütləqdirmi? (ID: 28)

28) Mən elektron bəyannaməni necə verməliyəm və necə hazırlamalıyam? (ID: 29)

29) Əlavə Dəyər Vergisinin depozit-hesabı nədir? (ID: 30)

30) Vergi müfəttişləri əmək müqavilələri ilə maraqlana bilərlərmi? (ID: 31)

31) "Bir bank günü", "bir təqvim ili" və "şərti maliyyə vahidi" hal-hazırda nə qədərdir? (ID: 32)

32) Dövlət rüsumu köçürüləçək hesabın rekvizitləri haqqında məlumat vermənizi xahiş edirəm. (ID: 33)

33) Xronometraj neçə gün, hansı hallarda keçirilə bilər? (ID: 34)

34) Mənə verilən pin-kod nə üçündür? (ID: 37)

35) Direktor kimi hüquqi şəxslə əmək müqavləsi bağlamalıyammı? (ID: 38)

36) Mən Vergilər Nazirliyinə və ya nazirliyin hansısa şəhərə yaxın olan rayonunda işləmək istəyirəm, bunun üçün də hazırlaşmaq istəyirəm. Bilmək istəyirəm, növbəti müsabiqə nə vaxt olacaq? Və siz mənə məlumat verə bilərsinizmi hansı kitablardan hazırlaşmaq məsləhətlidir? Mənə dəstək olarsınızmı? (ID: 39)

37) Salam. İnzibati idarəetmə ixtisası ilə sizin orqana sənəd vermək olar? (ID: 40)

38) Bilmək istərdim ki, Azərbaycan ərazisində fəaliyyət göstərən iki müəssisə arasında ticarət əməliyyatları xarici valyuta ilə həyata keçirilə bilərmi, nəzərə alsaq ki, yaranacaq borc öhdəliyi bankla ödəniləcək? (ID: 41)

39) Möhür almaq üçün nə etməliyəm? (ID: 42)

40) 2017-ci ildən respublika üzrə 1 nəfərin yaşayış mimimumu neçə manatdır? (ID: 43)

41) Bizim qonşu sex işlədir, amma vergidən yayınır. Onu necə məsuliyyətə cəlb etmək olar? (ID: 44)

42) Avtomobil servis mərkəzində kassadan istifadə edilməməsi üçün nəzərdə tutulmuş cəriməni bilmək istərdim və bu halda Vergilər Nazirliyi tərəfindən nə kimi tədbir görülür Vergilər Nazirliyi tərəfindən? (ID: 45)

43) Müəssisə kassa metodu ilə işləyir, 2012-ci ildə avans alıb və daxil olunan ayın ƏDV bəyannaməsinin dövründə əks olunub, iş isə 2013-cü ildə akt ilə təhvil verilib və 2013-cü ilin mənfəət vergisi bəyannaməsində gəlir kimi dövründə əks olunub. Xahiş edirəm bu əməliyyatın düzgünlüyü barədə məni məlumatlandırasınız. (ID: 46)

44) Kənd təsərrüfatı məhsullarını kəndlidən alıb, pərakəndə satışını həyata keçirən şəxsin ödəməli olduğu ƏDV hansı əməliyyatın dəyəri üzərindən hesablanır? Burada hansısa güzəştlər mövcuddurmu? (ID: 47)

45) Hüquqi və yaxud fiziki şəxs öz şəxsi əmlakı olan qeyri yaşayış sahəsini maliyyə lizinqi üzrə lizinqə verə bilərmi və bu əməliyyat ƏDV-yə cəlb edilirmi? (ID: 48)

46) ƏDV əvəzləşməsi ilə bağlı bilmək istərdim ki, (məs.: aprel ayı üzrə) alınmış EVHF üzrə ƏDV məbləği ödənilmiş, lakin əsas məbləğ ödənilmədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq alınmış EVHF-nin əvəzləşməsinə icazə verilirmi? (ID: 49)

47) Müəssisədə limit daxilində telefon haqqı xərclərə silinir, limitdən artıq hissə işçilərdən tutulur. ƏDV məbləği bütöv olaraq müəssisənin depozit hesabından köçürülür. Telefon haqqınn limitdən artıq hissəsinə aid olan ƏDV (işçilərdən tutulan məbləğ) əvəzləşdirilə bilərmi? (ID: 50)

48) Müştəri 3 il müddətinə illik 12%-lə 5000 ABŞ dollarında faizlər müddətin sonunda götürülmək şərtilə banka depozit yerləşdirmişdir. Bu depozit üçün faizlərin hesablanması və büdcəyə ödənilməsi üçün nəzərdə tutulan mənbə vergisinin ödənilməsi metodu açıqlamanızı xahiş edirəm. (ID: 51)

49) Müştəri əmanət məbləğini hissələrə bölməklə, üçüncü şəxslərin xeyrinə bankda əmanət yerləşdirir. Bu halda, üçüncü şəxslərdən heç biri Banka öz əmanətçi hüquqlarının tanınması üçün niyyətini bildirmir və onların adına yerləşdirilmiş hər bir əmanət üzrə hesablanan illik faiz gəliri 500 AZN-dən az təşkil edir. Bununla, bank əmanət üzrə gəlir vergisini necə hesablamalıdır və gəlir vergisi həmin əmanəti yerləşdirən şəxsdən tutulur? (ID: 52)

50) Mən 2009-cu ildə ticarətlə məşğul olmaq üçün VÖEN açmışam. 2010-cu ildə işlərim alınmadığı üçün VÖEN-i bağlamışam. Sənəddə 5 illik qeyd olunub. Yəni 2015-ci ilin yanvar ayında müddəti bitib. Müddətin bitməyindən 2-3 gündür xəbərim olub. Mən yenidən vergi idarəsinə müraciət etməliyəm? Yoxsa avtomatik vaxt uzadılır? Buna görə cərimə ödəməliyəm? Və nə qədər? (ID: 53)

51) Müəssisəmiz broker, diler, qiymətli kağızların idarə edilməsi fəaliyyəti ilə məşğul olur. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən ƏDV-dən azaddır. Biz iş və xidmət göstərən müəssisələrə əvəzləşdirilməmiş ƏDV məbləğlərini ödəyirik. Bilmək istərdim ki, ödənilən ƏDV məbləğləri gəlirdən çıxılır və nə dərəcədə mənfəət vergisinə təsir edir? (ID: 54)

52) Rentabelliklə bağlı maraqlanmaq istəyirdim. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və yaxud vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında burada verilən düsturlar üzrə rentabellik necə hesablanır? (ID: 55)

53) Məcburi köçkün və qaçqın statuslu müəllim işləyən Azərbaycan Respublikası vətəndaşlarından neçə faiz gəlir vergisi tutulur? (ID: 56)

54) Əfqanıstan müharibəsi veteranı əmək vergisindən neçə misli güzəşt hüququna malikdir? (ID: 57)

55) Bizim şirkətə vergi ödəyicisi olmayan şəxslər mal verir. Həmin şəxslər, məsələn, 10 yanvar 2015-ci il 2850-00 manat, 20 yanvar 2015-ci il 3100-00 manat, 26 yanvar 2015-ci il 800-00 manat, yanvar 2015-ci il üzrə 6750-00 manat, 10 fevral 2015-ci il 2500-00 manat, 20 fevral 2015-ci il 3500-00 manat, 25 fevral 2015-ci il 1500-00 manat, fevral ayı üzrə 7500-00 manat mallar təhvil verilən zaman haqqı həmin saat dəyəri ödənilir. ÖMV vergi necə tutulur: toplam və ya hər təhvil verilən zaman ayrı-ayrı ödənişlər zaman? Vergi Məcəlləsinin hansı maddəsi əsasında tutulur? (ID: 58)

56) Xaricdən alınmasını planlaşdırdığımız xidmətlərə görə, təbii ki, ölkə xaricinə vəsait köçürməsi edilməlidir. Bununla əlaqədar, bildiyim qədər, 18% vergi öhdəliyi yaranır. Daha geniş məlumatı sizdən detallı (maddə və hesabat formasınıda göstərərdiz) şəkildə almaq istərdim. (ID: 59)

57) Yaşadığım ev Nərimanov rayonunda yerləşir. Tikinti altında 127,8 kv metr, bunun 58,8 kv metri yaşayış, 12,0 kv metri köməkçi sahədən ibarətdir. Əmlak vergisi haqda məlumat verməyinizi xahiş edirəm (hesablama göstərilməklə). (ID: 60)

58) Fiziki şəxslərdən obyektlərin əmlak vergisinin hesablanma qaydası necə aparılır? Bu qayda haqqında ətraflı məlumat verməyinizi xahiş edirik. Əlavə: 1 mərtəbəli obyekt üçün necə hesablanır, çox mərtəbəli obyekt üçün neçə hesablanır? (ID: 61)

59) Təqaüdçüyəm. Bu yaxınlarda rayon bələdiyyəsindən gəldilər. Həyətimi və yaşadığım evi ölçdülər, biçdilər, yazıb bildiriş verdilər. Dedilər ki, Prezidentin sərəncamı var, torpaq və yaşadığınız evə görə əmlak vergisi ödəməlisiniz, əks təqdirdə cərimə olunacaqsız. Mən də pensiyaçı adamam. Qanunları bilmirəm, amma eşitdiyimə görə, pensiyaçılar bu vergidən azaddırlar. Rayon bələdiyyəsində olmuşam. Ancaq onlar bizim qanunları bilməməyimizdən istifadə edib heç bir düzgün cavab vermirlər. Xahiş edirəm mənə tam və anlaşıqlı cavab verin. (ID: 62)

60) Şirkət direktoru dəyişdirilərsə, hansı sənədlər tələb olunur? (ID: 63)


62) Obyekti icarəyə vermişdim. İcarəçi gedib, kassanı qeydiyyatdan çıxarmayıb. Onu tapa bilmirəm. Obyekti ikinci adama verə bilmirəm. Vergi idarəsində deyirlər: köhnə kassa qeydiyyatdan mütləq çıxmalıdır. Mən nə etməliyəm? Bu AR hansı adlı, neçə nömrəli qərarının, hansı maddəsı ilə nizamlanır? (ID: 65)

63) Mən özümə informasiya MMC açmaq üçün nə qədər məbləğ dəyərində pul ödəməliyəm və hansı sənədlər mənə lazımdır? (ID: 66)

64) Bank hesabı açmaq üçün şəhadətnamə dublikatı necə ala bilərəm? (ID: 67)

65) Xarici hüquqi şəxs - (A) - qeyri-rezidentdir və Azərbaycan Respublikası ərazaisində öz filialını yaratmışdır. Filial "ŞAH DƏNİZ" Əsrin Müqaviləsinin iştirakçısıdır və bu səbəbdən də ƏDV-nin "0%" olması haqqında Sertifikatı vardır. Filial öz növbəsində fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisində Avropada yerləşən digər qeyri-rezidentdən (B) müqavilə əsasında mühəndislik xidməti alır. Filialın hal-hazırda heç bir gəliri olmadığından onun Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti ilə əlaqədar olaraq çəkdiyi məsrəfləri Avropada yerləşən baş ofisinin zərurət yarandıqca müvəqqəti borc olaraq verdiyi (sonradan geri qaytarmaq şərti ilə) maliyyə vəsaiti hesabına ödənilir. Aldığı bu xidmət üçün onun ümumi müqavilə dəyərindən 6,25% miqdarında ödəmə mənbəyində vergi, tərəfimizdən hesablanaraq yerli büdcəyə ödənilir. (B) qeyri-rezidentin göstərdiyi mühəndislik xidmətinin (vergi çıxıldıqdan sonra) əsas borcu isə filialın özünün maliyyə vəsaiti olmadığı üçün onun baş ofisi tərəfindən xidmət göstərən - (B) qeyri-rezidentə birbaşa müqavilə əsasında (hər iki qeyri-rezident Avropada yerləşdiyi üçün) Avropada bank vasitəsi ilə (təbii ki, bu haqda təsdiqedici rəsmi sənədlər mövcuddur) ödənilir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq bilmək istəyirik ki, fəaliyyətimizlə əlaqədar bu tipli maliyyə əməliyyatları tam olaraq qanuna uyğundurmu? (ID: 68)

66) Azərbaycan Respublikasındakı şirkətin xaricdəki baş ofisindən ezamiyyəyə göndərilən şəxsin mehmanxana xərcləri burdakı şirkət ödəyir və həmin zaman ƏDV köçürülür. Hər iki şirkət ƏDV ödəyicisi olduğu zaman, biz həmin məbləği əvəzləşdirə bilərik ƏDV vergi hesabatımızda ya yox? (ID: 69)

67) Xaricdə olan bir müəssisə Azərbaycanda bazarı öyrənmək üçün öz nümayəndəliyini açır. Heç bir mal, iş xidmət təklif olunmayacaq. Xaricdəki müəssisə əmək haqqının və digər vacib xərclərin ödənilməsi üçün həmin nümayəndəliyin hesabına pul köçürəcək. Bu zaman həmin nümayəndəlik ancaq MÖMV ödədiyi üçün qeydiyyatdan keçən zaman MÖMV ödəyicisi kimi qediyyatdan keçməlidirmi? Xüsusi ilə qeyd etmək istəyirəm ki, həmin nümayəndəlik təsərrüfat fəaliyyəti ilə məşğul olmayacaq, gəlir əldə etməyəcək. Ancaq bazarı öyrənəcək və xaricdəki ofisə təkliflər verəcək ki, baş ofisin hansı təşkilatlarla müqavilələr bağlaması yaxşıdır. Müqavilələri baş ofis öz adından bağlayacaq və Azərbaycandakı digər müəssisələrə mal təqdim edəcək. (ID: 70)

68) 2013-cü il üzrə əsas vəsaitlərə amortizasiya ayırmaları hesablanmamışdır. 2014-cü il üzrə xərclərə 2013-cü ilin amortizasiyasını salmaq olarmı? (ID: 71)

69) Vergi Məcəlləsinin 114.2.7-ci maddəsində qeyd edilən konservasiya edilmiş əsas vəsaitlər anlayışının mənasını bilmək istərdim. (ID: 72)

70) Biz ”A” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140-cı maddəsinə əsasən maliyyə lizinqi xidməti göstəririk. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verilir. Müqavilə üzrə hesablanmış faiz, əsas məbləğ, peniya və cərimə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti icarəyə götürənin mülkiyyətinə keçirilir. Beləliklə sualımız bundan ibarətdir ki, biz maliyyə lizinqi xidməti göstərdiyimiz zaman alınan əsas vəsaitlərə amortizasiya hesablanmalıdır? Lizinq alanın bizə ödədiyi faiz gəlirindən əlavə lizinq obyektinin əsas məbləğindən ödədiyi məbləğ gəlir kimi mənfəət vergisi hesabatında gəlir kimi tanınmalıdırmı? (ID: 73)

71) 114.6. Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur: -əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur. Sual: Əgər biz hər bir əsas vəsaitin qalıq dəyərinin 500 manatdan aşağı və ya ilkin dəyərinin 5 faizindən aşağı olduğunu nəzərə alıb onları cəmi əsas vəsaitlərin qalıq dəyərindən çıxırıqsa o zaman hansı səbəbə hər bir əsas vəsaitə ayrı-ayrılıqda deyil kateqoriyadakı əsas vəsaitlərin cəminə amortizasiya hesablayırıq? (ID: 74)

72) Sualım Vergi Məcəlləsinin 115.1. maddəsinə aiddir. Bildiyimiz kimi, əsas vəsaitlərin təmir xərcləri əməliyyat və kapital tipli olmaqla təsnifləşdirilir. Bəzən elə hallar olur ki, əməliyyat xərcinin həcmi çox olduğundan məcəllənin qoyduğu norma ilə məcburi kapitallaşdırılır (əsas vəsaitin dəyərinə əlavə olunur). Belə hallarda istisna hallar nəzərdə tutulubmu? Məsələn: texnikanın ilkin dəyəri 50.000 AZN (yığılmış amortizasiyası 5000 AZN), istehsalat prosesində təmirə ehtiyac yaranır (qəza və s. qarşısı alınmaz tədbirlər, yaxud iş prosesində sıradan çıxma) və 10.000 AZN dəyərində təmir xərci çəkilir. Qeyd edim ki, bu xərc ƏV-in istehsal gücünü artırmır, əvvəlki vəziyyətinə gətirmək üçün çəkilir. (Bu halda məcəllənin tələbinə görə (5%) 2250 AZN-ə qədər xərci gəlirdən çıxılmalıdır.) Belə bir vəziyyətdə çəkilən xərcin bütövlükdə (10000 AZN) gəlirdən çıxılmasına imkan yaradan digər hallar mövcuddurmu qanunvericilikdə? (ID: 75)



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.