Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Bayramov Pərvin Məhəmməd, pervinbayramov@gmail.com Bakı (24.05.2019) (Oxunub: 219 dəfə, ID: 18624)

Salam. Qeyd etdiyim sual bir çox mühasiblər arasında mübahisə yaranmış sualdır və bu yaxınlarda siz bu tip suala cavab verdikdən sonra bir çox suallar yaranmışdır. Sualı İzahla qeyd edirəm: İşçinin aylıq gəliri 1000 manatdır. Bunun 500 manatı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə (xəstəlik vərəqəsinə ), 200 manatı əmək məzuniyyətinə görə və 300 manatı isə iş günlərinə görədir. “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən işçinin əmək haqqından 0,5% sığorta haqqı ödənilməlidir. Əvvəlki suala cavab verdiyiniz zaman qeyd etmisiz ki, xəstəlik vərəqəsinə görə aldığı gəlir 0,5%-ə cəlb olunmur. Əmək Məcəlləsinin 154-cü maddəsində qeyd olunub ki, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. O zaman Əmək haqqı anlayışındada qeyd olunub ki, "iş vaxtı ərzində". Sual yaranır ki, xəstəlik vərəqəsinə görə işçiyə ödənilmiş məbləğdən 0.5% sığorta məbləği tutulmadığı kimi, məzuniyyətə görədə işçiyə ödənilmiş məbləğdən 0,5% sığorta məbləği tutulmamalıdır. Çünki 154-cü maddə bunu deyir. Əgər məzuniyyət məbləğindən bu rəqəm tutulursa, o zaman xahiş edirəm ki, Əmək Məcəlləsinin 154-cü maddəsi və Nazirlər Kabinetinin müvafiq qərarları qorunmaqla bu suala ətraflı cavab verərdiniz.

İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.