Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Şərif əliyev Məhəmmədəli, aliyev.serif@mail.ru, Sumqayıt (16.03.2019) (Oxunub: 209 dəfə, ID: 18172)
Salam məni maraqlandıran sual belədi.Pərakəndə ticarətlə məşğul olan ƏDV ödəyicisi KARMEN MMC-dən un alır göstərilən MMC ƏDV-dən azad olunduğu üçün, EVH-da ədv qeyd olunmur ona görə də satıcı əvəzləşdirmə apara bilmir. Satılan unun ƏDV-si necə hesablanmalıdır? ƏDV-dən azad olan təşkilatdan mal alan tərəfə ƏDV-nin əvəzləşdirilməsində hər hansı güzəşt nəzərdə tutulubmu. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı Vergi Məcəlləsinin müddəalarına əsasən 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.
Qeyd olunan maddəyə əsasən buğda ununun pərakəndə satışı da ƏDV-dən azad edilmişdir.
Əsas: Vergi Məcəlləsinin 164.1.27-cü maddəsi




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.