Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Ədalət Abbasov Məlik, adaleta@mail.ru, Sumqayıt (13.02.2019) (Oxunub: 247 dəfə, ID: 17969)
Müəssisəmiz yük gömrük bəyannaməsi əsasında idxal etdiyi malları qanuna uyğun olaraq yalnız elektron qaimə-fakturalar əsasında təqdim edir. Müəssisəmizdə xronometraj metodu ilə aparılan sonuncu müşahidə zamanı gündəlik dövriyyə müəyyən olunmuşdur. Növbəti hesabat dövründə, AR VM â–nin 50-1.2-ci maddəsində göstərilən maddət tamam olanadək dövriyyəmiz orta gündəlik dövriyyədən aşağı olduğu üçün, AR VM 37.5-ci maddəsinə uyğun bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürməklə əlavə vergi hesablanmışdır. Belə olan halda satılmamış anbarda qalan malları elektron qaimə-fakturalar əsasında növbəti hesabat dövrlərində satdıqda eyni dövriyyəyə görə 2 dəfə vergiyə cəlb olunmuş oluruq. Buda AR VM-nin 3-cü maddəsinə, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarına ziddir. VM-nin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Eyni malın idxalı və satışına görə 2 dəfə vergi ödəməmək üçün nə etməliyik.

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Kameral yoxlama zamanı vergi orqanlarının əlaqəli məlumatlardan, o cümlədən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır.

Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1), qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.