Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Dərişov Zaxar Zakir, tapyuva@mail.ru, Bakı (29.10.2018) (Oxunub: 191 dəfə, ID: 17504)
A şirkəti B şirkətindən Rusiyadan idxal olunmuş qargıdalını 200 azn-ə almış, hər tona görə isə 36 azn ƏDV ödəmişdir. Sonradan bu qarğıdalını Xaricə qeyri-rezidentə 250 azn-ə satmışdır. Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə görə dövlət büdcəsindən ödənilmiş 36 azn ədv geri alınmış, qalan 14 azn isə mənfəət vergisinə cəlb edilmişdir. Bundan sonra müəsisə öz fəaliyyətini dayandırmışdır. Səyyar vergi yoxlaması isə 50 (36+14) azn mənfəət vergisinə cəlb edir. Sual: Yoxlama mənfəət vergisinə 50 azn və ya 14 azn-i cəlb etməlidir?

Bildiririk ki, ƏDV ödəyicisinin xarici dövlətə mallarının ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur, digər tərəfdən sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparan şəxslər tərəfindən mallar alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.

Sorğunuzda qeyd edilən halda hüquqi şəxsin ixrac etdiyi malların satış dəyəri (250 manat) mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirə, əvəzləşdirilmiş ƏDV məbləği (36 manat) nəzərə alınmaqla malların alış dəyəri (200 manat) isə xərclərə aid edilir.

Bax: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, 149-cu 159.2-ci, 165.1.3-cü175.7-ci maddələri. 




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.