Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Anar Babayev, b_anar@hotmail.com (06.09.2018) (Oxunub: 198 dəfə, ID: 17334)
Salam. Müəssisə hostinq xidmətinə görə hər ay Azərbaycan Respublikasında nümayəndəliyi olmayan və qeydiyyatdan keçməyən qeyri-rezidentə müəyyən məbləğdə xarici köçürmə edir. Bu ödənilən məbləğ hansı ödəyicidə hansı vergi öhdəlikləri yaradır?

Bildiririk ki, qeyri-rezident tərəfindən hostinq xidmətlərinin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Qeyd edilənlərə əsasən rezident tərəfindən qeyri-rezidentə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, hostinq xidmətlərinin göstərilməsinə görə qeyri-rezident şəxs tərəfindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 125.1.5-ci168.1.5-ci maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.