Yüklənir...
Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.
Bundan əlavə, müsabiqədə iştirak etmək üçün uyğun gələn ixtisas üzrə ali təhsili bitirərək diplom təqdim olunmalıdır.
Sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumatın alınması üçün aidiyyəti funksional qurum olan İnsan resursları idarəsi ilə 4038135 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bax: Azərbaycan Respublikasının vergilər nazirinin 24 iyun 2014-cü il tarixli1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.