Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Mustafayev Tural Mahir, tural.mustafaev@gmail.com, Şəki (12.03.2018) (Oxunub: 75 dəfə, ID: 16760)
1. Azərbaycan Respublikası ərazisində 2 rezident arasında Müqavilə üzrə təqdim edilən xidmət və ya malların dəyərini xarici valyuta ilə göstərmək olarmı? Məhdudiyyət olduğu halda hansı normativ aktlarla nəzərdə tutulur?
2. Müqavilənin dəyərinin xarici valyuta ilə göstərilməsinə görə maliyyə sanksiyası və ya inzibati məsuliyyət varmı? Məsuliyyət olduğu halda hansı normativ aktlarla nəzərdə tutulur. Suala cavab verərkən xahiş edirik aşağıdakıları nəzərə alasınız.
1. Sual yalnız qiymətin göstərilməsinə aiddir. Ödənişlər qanunvericiliyə uyğun olaraq Azərbaycan manatı ilə ödəniş gününə olan məzənnəyə əsasən icrasını nəzərdə tutur (yəni ödəniş xarici valyuta ilə edilmir)
2. Mülki Məcəllənin 439.1 maddəsi “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası, ümumilikdə “Pul öhdəliklərin “icrası” adlı 439-cü maddəyə aiddir
3. Vergi Məcəlləsinin 50.1.4â–cü maddəsinin sanksiyası xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsinə aiddir. Yəni müqavilə dəyərinin xarici valyuta ilə göstərilməsinə aid deyildir.
4. İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsinin də sanksiyası həmçinin xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsinə aiddir. Yəni müqavilə dəyərinin xarici valyuta ilə göstərilməsinə aid deyildir.
5. Azərbaycan Respublikası Konstitusiyanın 19-cü maddəsinin III bəndi həmçinin xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsini qadağan edir.

1-4. Cavab: Bildiririk ki, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

Mülki Məcəllənin 439-cu maddəsinin tələbinə əsasən yalnız tərəflərdən biri xarici hüquqi və ya fiziki şəxs olduğu halda pul öhdəliyi xarici valyutada müəyyənləşdirilə bilər. Digər hallarda, o cümlədən 2 rezident arasında bağlanan müqavilələrdə pul öhdəliyi manatla ifadə edilməlidir.

Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin   439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir.

Məsuliyyət məsələsi ilə bağlı isə bildiririk ki, qanunvericilikdə bununla əlaqədar konkret məsuliyyət tədbiri müəyyən edilməsə də, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 

Bax: Mülki Məcəllənin  439-cu maddəsi, Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarı.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.