Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Afət Həmidova, afet_hamidova@mail.ru, Bakı (06.12.2017) (Oxunub: 60 dəfə, ID: 16219)
"Bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur." Şirkət xaricdən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma sistemi gətirib quraşdıraraq istifadə edəcək. ƏDV-dən azad olunması qeyd edilib. Bəs bu proses üçün əvvəlcədən müraciət edərək qeydiyyatdan keçmək və ya hansısa sənəd təqdim etmək lazımdırmı? Yoxsa elə gömrükdə özləri təyin edirlər ki, gətirilən mal kənd təsərrüfatı təyinatlıdır və ƏDV-dən azaddır? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı zamanı tələb olunan prosedurlar barədə məlumatı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət etməklə əldə etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 164.1.34-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.34-cü bəndi.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.