Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Rafiq İlyasov, rafiq2972_12@hotmail.com, Bakı (20.11.2017) (Oxunub: 69 dəfə, ID: 16133)
Kameral məktub gəlir. 5 iş günü ərzində izahatlar və ya sənədlər vergi orqanına təqdim olunmalıdır. Sənədlər (izahatlar) təqdim olunmadığı təqdirdə 5 iş günü bitən kimi əlavə vergi hesablanır. Lakin vergi orqanı kameral yoxlamanın başa çatmasını gözləməlidir (yəni 30 gün), ondan sonra vergiləri hesablamalıdır. Dünya miqyaslı audit təşkilatların (KPMG, Pricewaterhousecoopers) yerli vergi mütəxəssisləri eyni fikir bildirirlər. Xahiş edirəm, aydınlıq gətirin. Amma maddələri köçürüb, cavab yazmayın, əks halda elə fikir yaranacaq ki, həmin vergi mütəxəssisləri haqlıdılar.
2. Mən ƏDV ödəyicisiyəm. Obyektimi icarəyə verirəm. Sual: 30 gün ərzində aldığım ödəniş dövriyyənin tanınmasına təsir edir (aldığım avans isitsna olmaqla)?
3. 179-cü maddənin müddəaları ancaq artıq əvəzləşdirilmiş ƏDV-yə aiddir, yoxsa artıq əvəzləşdirilmiş aksizlərə də aiddir?

1. Cavab: Bildiririk ki, 30 iş günlük müddət yalnız vergi orqanının kameral yoxlamasını aparmaq hüququ olduğu müddəti müəyyən edir, lakin kameral yoxlama zamanı vergilərin düzgün hesablanmaması aşkar edildikdə vergilərin hesablanması barədə qərarın çıxarılması üçün həmin müddətin başa çatması tələb olunmur.

Vergilərin hesablanmasına dair vergi orqanının qərarı vergi orqanının əməkdaşının kameral yoxlamanı başa çatdırdığı gündən sonrakı 5 iş günü müddətində vergi ödəyicisinə göndərilir və bu qərarda şikayət etmək hüququ ilə yanaşı hesablamanın səbəbləri göstərilir.

Bax: Vergi Məcəlləsinin 37-ci maddəsi.

2. Cavab: Bildiririk ki, Sizin fiziki şəxs olaraq əmlakınızın icarə verilməsi qeyri-sahibkarlıq fəaliyyəti hesab olunur və ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 159.2-ci maddələri.

3. Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 179-cu maddəsi həmin normativ aktın “Əlavə dəyər vergisi” adlı XI fəslində yer aldığını nəzərə alaraq sözügedən maddə yalnız ƏDV-nin əvəzləşdirilməsini tənzimləyir.

Bax: Vergi Məcəlləsinin 179-cu maddəsi.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.