Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Səbuhi Cəbiyev, cebiyev001@mail.ru (01.11.2017) (Oxunub: 67 dəfə, ID: 16060)
Sığorta bizim şirkətə sığorta hadisəsi ilə bağlı ödəniş etdikdə ƏDV ödəməmək haqqına sahibdir? Məsələn: xxxxx sığorta şirkətində icbari sığortalanmış avtomobil bizim şirkətə məxsus avtomobilə zərər vurduqda sığorta zərər məbləğini, məsələn, 500 Azn ödəyərkən ƏDV-ni ödəməlidirmi?

Bildiririk ki, ƏDV-nin vergitutma obyekti mal (iş, xidmət) təqdim olunanmasıdır.

Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Müvafiq olaraq da sığorta hadisəsi baş verdikə sığorta müqaviləsində nəzərdə tutulan sığorta ödənişi məbləği ödəməlidir.

Bax: Vergi Məcəlləsinin 159-cu maddəsi, “Sığorta  fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il 519-IIIQ nömrəli Qanunu.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.