Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Kazım Cəfərov Cəfər, kazim_ceferov@mail.ru, İmişli şəhəri (27.10.2017) (Oxunub: 57 dəfə, ID: 16027)
Mən Qarabağ Müharibəsi veteranıyam. Bu səbəbdən istəyirdim ki, yaşadığım rayon üzrə ev növbəsinə dayanım. Vaxtı ilə, təxminən 2013-cü ildə mənim adıma ev olub, notariat qaydada alqı-satqı olub. Hal-hazırda heç bir mülk, daşınmaz əmlak sahibi deyiləm.
1.Bilmək istərdim ki, mən indi ev növbəsinə dayana bilərəmmmi? Qeyd edim ki, 8 saylı Vergilər İdarədən alınan sadə arayışda həmin satılan evin ünvanı göstərilir. Halbuki, alqı-satqı olub.
2.Bu nə dərəcədə doğrudu. Faktiki həmin evin sahibi başqa şəxsdir. Əvvəlcədən təşəkkür edirəm.

Sorğunuzdan vergi orqanından arayış aldıqda qeydiyyatda olduğunuz ünvanın düzgün əks etdirilməməsinin səbəbi barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.

Bu halda məlumatlar Daxili İşlər Nazirliyinin bazasına daxil edilir və tərəfimizdən fiziki şəxsin yaşayış yeri barədə məlumatlar həmin bazaya inteqrasiya əsasında müəyyən edilir.

Qeyd olunanlara əsasən yaşayış yeri barədə məlumatın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə, mənzil növbəsinə dayanma ilə əlaqədar məlumat almaq üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

            Bax: Azərbaycan Respublikasının 04.04.1996-ci il tarixli 55-IQ nömrəli Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun 5-ci maddəsi.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.