Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Rafiq İlyasov, rafiq2972_12@hotmail.com, Bakı (03.10.2017) (Oxunub: 122 dəfə, ID: 15939)
1. Vergi Məcəlləsinin 197.1.3. qeyd edilib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinə cəlb edilir. Bu ancaq rezident müəssisələrə aiddir, yoxsa qeyri-rezident müəssisələrə də aiddir?
2. Nazirlər Kabinetinin 14.03.2017 tarilxi 89 nömrəli qərarın 2.6-cı maddəsində qeyd olunub ki, e-qaimə təhvil-təslim aktları, müqavilə, hesab-faktura əsasında hazırlanır. Yəni, bu məntiqlə, e-qaimə təhvil-təslim aktını əvəz etmir. Sizin vergi işçiləri də bunu təsdiqləyir. Xahiş edirəm, şərh edəsiniz.
3. "A" ƏDV ödəyicisi, hüquqi şəxs "B" ƏDV ödəyicisi, hüquqi şəxsdən bina alır (o cümlədən içindəki mənzilləri). Sonra həmin "A" müəssisəsi onu əhaliyə satır. Sual: bu halda "A" müəssisə aldığı binanın (o cümlədən, mənzillərin) ƏDV-ni əvəzləşdirə bilər? Hər iki müəssisə bina tikintisi fəaliyyətlə məşğul olmur.
4. Bina tikintisi fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi şəxslərə mənzilləri satanda, həm ƏDV ödəməlidir, həm də notariusda 15 manatla sadələşdirilmiş ödəməlidir? Adi ƏDV ödəyicisi (bina tikintisi ilə məşğul olmur), mənzili şəxslərə satanda həm ƏDV, həm notariusda 15 manatla sadələşdirilmiş ödəməlidir? Məntiqi izah edə bilərsiniz?

1. Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə anlayışı ilə sahibkarlıq fəaliyyətini həyata keçirən aşağıdakı şəxslər əhatə olunur:

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;

- xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri.

Bax: Vergi Məcəlləsinin 13.2.39-cu maddəsi.

2. Cavab: Bildiririk ki, malların (işlərin, xidmətlərin) təqdim olunmasının rəsmiləşdirilməsi barədə sualla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim olunması müvafiq təsdiqedici sənədlərlə (təhvil-təslim aktları, müqavilələr və s.) rəsmiləşdirilir və elektron qaimə-faktura həmin sənədlər əsasında doldurulur.

Bununla yanaşı təhvil-təslim aktları ilkin uçot sənədi olmaqla tərəflər arasında müstəqil surətdə tərtib edilir və elektron-qaimə fakturanın verilməsi həmin ilkin sənədlərin tərtib edilməsinə məhdudiyyət yaratmır.

Bax: Vergi Məcəlləsinin 71-1-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

3. Cavab: Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olmayan şəxs şəxsin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunmasına ƏDV-nin tətbiq olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Hüquqi şəxsin ƏDV ödəyicisi olmasına baxmayaraq həmin şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləğindən alqı-satqı əməliyyatını təqsdiqləyən notarius ödəmə mənbəyində vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmamaqla yanaşı, eyni zamanda təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir.

Bax: Vergi Məcəlləsinin 155.1-ci, 218.4.3-cü, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələri.

4. Cavab: Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bax: Vergi Məcəlləsinin 154.6-cı, 175-ci, 218.1.3-cü, 218.3-cü, 219.3-cü, 220.8-ci221.5-ci maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.