Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Ələkbərov Ağəli Kamal oğlu, a_agali@mail.ru, Bakı (07.08.2017) (Oxunub: 219 dəfə, ID: 15712)
Salam, hörmətli vergi əməkdaşları. Mən sizin saytda olan sualları daim izləyirəm və verilən suallara tam dolğun cavab verdiyinizi görürəm. Buna görə də sizə təşəkkür edirəm. Mənim sualım belədir.
1.Mən işə 15.07.2012-ci ildə qəbul olunmuşam. İllik məzuniyyətim 42 gündür. Deyək ki, mən iyun 2014-cü ildə 2012-2013-cü il üçün məzuniyyətə (15 gün) çıxıram. Bu qayda ilə bir neçə dəfə məzuniyyətdə olmuşam (2014-2016-cı illər). Bu zaman vergi necə hesablanır? İyun ayının maaşı və məzuniyyət haqqı cəmlənərək vergi tutulur və yaxud hər birindən ayrı-ayrılıqda? Artıq tutulmuş vergini geri tələb edə bilərəm, ya yox?
2. 08.09.2017 tarixi mənim son iş günümdür (Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi). 15.07.2016-15.07.2017-ci ildən istifadə edilməmiş 20 məzuniyyət günü qalıb. 15.07.2017-15.07.2018 illər üçün 7 məzuniyyət günü qalıb. Son haqq-hesab zamanı bu məzuniyyət günləri sentyabr ayının iş gününün (4 gün ) əmək haqqı ilə cəmlənərək tutulacaq və ya ayrılıqda?
3. Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə (ştat ixtisarı) işdən azad olan zaman son haqq-hesabdan hər hansı vergi güzəşti nəzərdə tutulubmu? Əvvəlcədən təşəkkür edirəm.

1. Cavab: Bildiririk ki, muzdlu işlə əlaqədar əldə edilən gəlirdən vergi məbləği məzuniyyətə çıxdığınız iyun ayının əmək haqqı ilə həmin ay üzrə məzuniyyət günlərinə görə hesablanmış məbləğin cəmindən hesablanmalıdır.

Artıq tutulmuş vergi məbləğinin geri qaytarılması ödəmə mənbəyində vergini tutan şəxs, yəni işəgötürən tərəfindən müvafiq qaydada dəqiqləşmələr aparılmaqla həyata keçirilməlidir,

Bax: Vergi Məcəlləsinin 72.5-ci və 98.1-ci maddələr, Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddələri.

2. Cavab: Bildiririk ki, 2017-2018-ci il ilinə görə istifadə olunmayan məzuniyyət günlərinin əvəzinə verilən kompensasiya sonuncu ayın əmək haqqına əlavə edilərək vergiyə cəlb olunacaq, 2016-2017-ci iş ilinə görə istifadə edilməyən iş günlərinə görə hesablanan kompensasiyanın məbləğindən isə gəlir vergisi ayrılıqda tutulacaqdır.

Bax: Vergi Məcəlləsinin 98.1-ci maddəsi, Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddəsi.

3. Cavab: Bildiririk ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən zaman işçilərə orta əmək haqqından az olmamaqla ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən azad edilir. İşçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələnədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı isə həmin şəxsin muzdlu işlə əlaqədar alınan gəliri kimi, xəbərdarlıq müddətləri əvəzinə ödənilən azı iki aylıq əmək haqqı isə işçinin işlədiyi dövrdə aldığı əmək haqqına bərabər tutulmaqla ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Bax: Əmək Məcəlləsinin 77-ci maddəsi, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.