Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Hüseynov Ülvin Zahid, ulvin.huseynov2015@mail.ru (21.02.2017) (Oxunub: 684 dəfə, ID: 14847)
Salam. Mən Hüseynov Ülvin Bakı Biznes Universitetinin vergi işi fakultəsini bitirmişəm. Bilmək istəyirəm ki, doğulduğum Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi erməni işğalından azad olunmuşdur. Mən həmin kənddə vergi mufəttişi kimi işləyə bilərəm? Əgər orada işləmək mümkündürsə hara muraciət etməliyəm.

Bildiririk ki, məhz Cəbrayıl rayonunda vergi orqanının əməkdaşı işləmək istəyirsinizsə, o cümlədən Cəbrayıl rayon Vergilər Şöbəsində boş vakansiyanın yaranması ilə əlaqədar keçiriləcək müvafiq müsabiqədə uğurla iştirak etməyiniz tələb olunur.  

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə barədə KİV-də, habelə saytımızda müvafiq elanlar verilir. Elanda müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı verilir və bu vəzifələrə müvafiq ixtisas üzrə ali təhsili olan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra verilən kod əsasında beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən, müsahibə mərhələsi isə Vergilər Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilirdi.

Vergilər Nazirliyinə işə qəbul qaydaları ilə daha ətraflı nazirliyin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul; Müsabiqələr” bölməsində taniş ola bilərsiniz.

Cavabın əsaslandırılması: Azərbaycan Respublikasının vergilər nazirinin 24.06.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.