Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
Suallar Vergi ödəyicilərinə xidmət departamenti tәrәfindәn cavablandırılmışdır
      
Həbibova Ayna Seyfulla, ayna.habibova@neuron.az, Bakı (15.10.2018) (Oxunub: 22 dəfə, Orta qiymət: 5, ID: 17446)
Qeyri-rezidentə tərcümə, konsaltinq xidməti ilə bağlı ödəniş olunursa, həmin məbləğ ƏDV və ÖMV-yə cəlb olunur?

Bildiririk ki, sorğunuzda qeyd olunan halda əldə olunan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.

Eyni zamanda, konsaltinq və tərcümə xidmətlərinin göstərilməsi zamanı vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının yerləşdiyi yer, yəni sizin halda Azərbaycan Respublikasının ərazisi hesab olunduğundan, göstərilən xidmətlər ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil edir.

Bax: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci168.1.5-cü maddələri

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vəliyev Tural Zahid, tural.veliyev.91@inbox.ru, Bərdə (15.10.2018) (Oxunub: 25 dəfə, Orta qiymət: 5, ID: 17445)
Hüquqi şəxsin avqust ayında 25 nəfər işçisi vardır. Sentyabr ayının 5-də 7 nəfər işçi öz ərizəsinə əsasən işdən çıxmışdır. Belə olan halda sentyabr ayının sonunda işçinin sayı 18 nəfər, yoxsa 25 nəfər olacaqdırmı?

Bildiririk ki, bəyannamənin tərtib olunması Qaydasına əsasən 330-cu sətirdə qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində fəaliyyət göstərən, xüsusi vergi rejimli vergi ödəyiciləri tərəfindən rübün 1-ci ayında, digər vergi ödəyiciləri tərəfindən isə cari hesabat ayında muzdlu işlə əlaqədar gəlir əldə etmiş işçilərin sayı, onlara hesablanmış gəlir məbləğləri və bu gəlir məbləğinə görə hesablanmış gəlir vergisinin məbləğlərinin cəmləri qeyd edilir.

Müvafiq olaraq da sorğunuzda qeyd olunmuş halda sözügedən sətirdə bütün gəlir əldə etmiş şəxslərə, o cümlədən işdən azad olunan şəxsə aid məlumatlar da qeyd olunmalıdır.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə suallarla Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mehman Bayraməliyev Rəcəbalı, bmehman@mail.ru, Şəki (15.10.2018) (Oxunub: 18 dəfə, ID: 17444)
Salam Mənim 5 nəfərdən ibarət ailəm var.(özüm,yoldaşım,2006,2009 və 2015 ci il təvəllüdlü 3 övladım) Özüm də həyat yoldaşım da rəsmi qaydada işləyirik. Övladlarımdan 2006-cı il təvəllüdlü olanı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Vergi Məcəlləsinin 102.3 və 102.5 maddəsinin eyni zamanda mənə şamil edilib edilməməsi barədə məlumat verməyinizi xahiş edirəm.
2. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqdan gəlir vergisi tutulurmu?

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.

Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüquqi olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Bax: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.

Cavab: Bildiririk ki, eyni məzmunlu sorğunuza 11.10. 2018-ci il tarixdə (İD: 17433) cavab verilmişdir

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rəhimova Səidə Nadir, saem71@mail.ru, Bakı (15.10.2018) (Oxunub: 13 dəfə, ID: 17443)
Hörmətli vergi işçiləri, N müəssisəsi avtobusu digər müəssisəyə müvəqqəti əvəzsiz (pulsuz) istifadəyə vermək istəyir. N müəssisənin balansında olan bu avtobus hazırda istifadə edilmir və rəhbərliyin göstərişinə əsasən icarə müqaviləsində ödəmə hissəsində pulsuz qeyd edilməlidir. Belə şəraitdə hər iki müəssisə üçün yarana biləcək vergi öhdəlikləri barədə məlumat vermənizi xahiş edirik.

Bildiririk ki, mülki hüquq münasibətlərinin növü olan əmlakın istifadəyə verilməsində hər hansı fiziki və ya hüquqi şəxs iştirak edə bilər. İstifadəyə verilən əmlak icarə müqaviləsi ilə rəsmiləşdirilməli, həmin müqavilədə isə mütləq qaydada bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı göstərilməlidir.

Əks təqdirdə isə vergi öhdəlikləri müəyyənləşdirilərkən əmlakı istifadəyə verən şəxsə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəyyən olunan bazar qiymətləri tətbiq olunaraq vergi hesablanacaqdır.

Bax: Mülki Məcəllənin 2.2-ci, 5.1-ci, 700.1-ci732-ci maddələri, Vergi Məcəlləsinin 1.1-ci, 14.2-ci124.4-cü maddələri və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tahir, imanov.tahir87@gmail.com (15.10.2018) (Oxunub: 12 dəfə, ID: 17442)
Əgər müəssisənin hər hansı bir əməkdaşı istər "Uşağın anadan olmasına görə analıq məzuniyyətinə", istərsə də "Uşağın üç yaşı tamam olanadək ona qulluğuna görə məzuniyyətə" buraxılırsa bu zaman həmin əməkdaşın elektron qeydiyyat ərizəsində hər hansı bir dəyişiklik etmək lazımdırmı? Məlumdur ki, işçi qeyd edilən məzuniyyətə çıxdıqda ona həmin müddətdə əmək haqqı hesablanmır və bu zaman vergi hesabatlarını təqdim edərkən uyğunsuzluqlar yaranır. Vergi hesabatlarının təqdim edən zaman belə uyğunsuzluqların yaranmaması üçün nə etmək tələb olunur?

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əmək müqaviləsi bildirişlərində dəyişikliklər ilə əlaqədar isə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 37-ci maddəsi. Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Yusif Əhmədov Əlövsət, yusif_ehmedov@yahoo.com, Bakı (15.10.2018) (Oxunub: 18 dəfə, ID: 17441)
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının alınması nağd qaydada həyata keçirilə bilər. Lakin həmin Qanunda kənd təsərrüfatı məhsullarının anlayışı verilməsə də, normativ hüquqi aktlara əsasən dövlət orqanları tərəfindən gön dəri kənd təsərrüffatı məhsulu kimi hesab olunmur. Nəzərə alınmalıdır ki, gön dəri yalnız fərdi kəndlilərdən və kiçik həcmlərlə, kiloqramla yığılır. Kəndlinin bu fəaliyyətdən əldə etdiyi gəlir əsas fəaliyyətdən əldə etdiyi gəlirinin çox az faizini təşkil edir. Bu səbəbdən kəndlinin dərinin satışı üçün vergi orqanında qeydiyyata duraraq sahibkarlıq məqsədilə bank hesabı açmaqda heç bir iqtisadi marağı olmur. Bunun üçün Gön Dərinin (xam dərinin) alışını hansı qaydada həyata keçirmək olar?

Bildiririk ki, vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız Nağdsız hesablaşmalar haqqındaAzərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi ilə müəyyən edilmiş malların nağd qaydada satın alınmasına yol verilir.

Gön və dərilər qeyd edilən mallar sırasına aid edilmədiyindən, bu halda həmin malların dəyəri Qanunun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan, sadələşdirilmiş vergini tətbiq edərək ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olmayan hesablaşmalar üzrə nağd qaydada ödənilə bilər. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi Fəaliyyət Növləri Təsnifatı.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Süleyman Bəbirov Alı, suleyman.babirov@yahoo.com, Bakı (15.10.2018) (Oxunub: 8 dəfə, ID: 17440)
A sifarişçi təşkilat B MTK şirkəti ilə bina tikintisi üzrə müqavilə imzalamışdır. Müqavilə şərtlərinə əsasən B MTK şirkətin aylıq olaraq tikinti işlərinin faktiki görülmüş həcmlərinə uyğun məbləğin dəyərində satış edəcəkdir. Tikinti işlərinin ümumi dəyəri 1000.000,00 manat qiymətləndirilmişdir. B MTK şirkətinin tikinti işlərindən əldə etdiyi mənfəət 100.000,00 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda A sifarişçi şirkət B MTK şirkəti ilə mənzillərin satışı üzrə agent müqaviləsi imzalamış və müqavilənin şərtlərinə əsasən tikilmiş bina üzrə satış B MTK şirkəti tərəfindən icra olunacaqdır. Agent xidmərinə görə B MTK şirkətinin həmin satışdan əldə edəcək gəliri 10.000,00 manat (şərti olaraq) dəyərləndirilmişdir. B MTK şirkəti ilin yekununda Tikinti işlərinə əldə etdiyi 100,000.00 manat və agent kimi xidmətdən əldə etdiyi 10,000.00 mənfəətdən mənfəət vergisi hesablayıb büdcəyə ödəmişdir. A sifarişçi şirkət Vergi Məcəlləsinin 219.3, 220.8 və 221.5-ci maddələrinə əsasən tikintinin başlandığı rübdən etibarən hesablayır və rübdən sonrakı ayın 20-dək 10% həcmində ödəyir.
1. Sifarişçi şirkət olan A-nın Sadələşdirilmiş vergini hesablayıb büdcəyə köçürməsi zamanı vergi qanunvericiliyinin müddəalarına əsasən hər hansı uyğunsuzluq yaranırmı?
2. B MTK-nın hesabatlarda (vergi bəyannaməsinə) faktiki görülmüş iş həcmlərinə uyğun xərcini hesablaması və ona uyğun ticarət əlavəsinə görə mənfəətini tanıması vergi məcəlləsinin müddəalarında hər hansı uyğunsuzluq yaradırmı?
3. B MTK-nın agent kimi çıxış etməsi və A sifarişçi müəssisənin yerinə mənzilləri satması və bunun müqabilində sifarişçidən komisyon alması və gəlirində tanıması qanunvericiliyin müddəalarında hər hansı uyğunsuzluq yaradırmı?
4. Yuxarıda göstərilmiş məsələdə vergi məcəlləsinin müddəalarına uyğun olaraq sadələşdirilmiş verginin ödənilməsi sifarişçinin öhdəliyi olması hər hansı uyğunsuzluq yaradırmı?

Bildiririk ki, sorğunuzda qeyd edilmiş halda sifarişçi tərəf bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olaraq sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinə başladığı rübdən hesablamalı və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə hesablanmış vergi məbləğlərini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda bildiririk ki, bina tikintisi fəaliyyəti ilə bağlı uzunmüddətli müqavilənin icrası zamanı vergi ili ərzində müvafiq fəaliyyət üzrə faktiki satışın faktiki çəkilmiş xərcə görə müəyyən edilməsi Vergi Məcəlləsinin 138-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Uzunmüddətli müqavilə” müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.

Bununla yanaşı Məcəllənin 138.2-ci maddəsinə əsasən vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.

Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Müraciətinizdən bağlanmış müqavilələrin şərtləri tam aydın olmadığından vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsi və ətraflı məlumat almaq üçün müvafiq təsdiqedici sənədləri əlavə etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyinizi Sizə tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 138-ci, 218.1-ci, 219.3-cü221.5-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əliyev Asif Rasim, SARA.mmc@mail.ru, Bakı (15.10.2018) (Oxunub: 15 dəfə, ID: 17439)
Biz SARA MMC-nin elektron qutusuna gələn sənədləri oxuya bilmirik. Rəhbərlik atam idi o rəhmətə getdiyindən çətinliyimiz var. Asan imzanın nömrəsi VÖEN və digər sənədlər möhür və s. məndədir. Elektron qutuya gələn məlumatları oxuya bilməyimiz üçün nə etməliyik xahiş edirəm köməklik edəsiniz.

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Belə ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə”, yeni rəhbərin təyin olunması barədə təsisçinin qərarı və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Sənədlər vergi orqanına təqdim edildikdən sonra 5 iş günü müddətində dəyişiklik həyata keçirilir. Dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni ASAN imza sertifikatı əldə edilməlidir.

Eyni zamanda bildiririk ki, elektron qutuya göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az internet saytına (İnternet Vergi İdarəsinə) daxil olaraq açılan pəncərədə “Giriş” düyməsini sıxıb “Sistemə giriş səhifəsi”ndə istifadəçi kodu, parol, şifrəni yazıb və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda müvafiq məlumatları daxil edib “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq “Gələnlər” qovluğuna keçid etmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən və ya “Youtube” videohostinqdə yerləşdirilmiş videotəlimatla tanış olmaqla əldə edə bilərsiniz.

Bax: Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanununun 9.1-ci və 9.2-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rizvan Osmanov Allahverən, o.rizvan@hotmail.com (15.10.2018) (Oxunub: 7 dəfə, ID: 17438)
Müştərək müəssisənin Dövlət payı yenidən qiymətləndirilərək hərrac yolu ilə digər payçıya alqı satqı yolu ilə satılmışdır. Bu zaman müəssisəni alıcı təşkilat tərəfindən yenidən qeydiyyata salan zaman alınmış dövlət payına görə alıcı təşkilatın hansı vergi öhdəliyi yaranacaqdır.

Sorğunuzdan dövlət payının alınması zamanı alıcı təşkilatın hansı vergi öhdəliyinin yaranmasının soruşulduğu qənaətinə gələrək bildiririk ki, bununla əlaqədar alıcı tərəfdə hər hansı vergi öhdəliyi yaranmır.

Bununla yanaşı bildiririk ki, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda qeyd olunan əməliyyat üzrə yaranan vergi öhdəliklərinə daha ətraflı münasibət bildirilə bilər. Odur ki, adı çəkilən sənədləri əlavə etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tofiq Bəhramov, tofiq_1975_255@mail.ru, Bakı (15.10.2018) (Oxunub: 17 dəfə, Orta qiymət: 5, ID: 17437)
Vergilər Nazirliyi bizim müəssisəmizin əvəzləşmə siyahısını qəbul etməyib, şəxsi vərəqəmizə hesablama vurub. Müəssisə Vergilər Nazirliyinə şikayət yazır. Bu şikayət neçə gün ərzində cavablandırılmalıdır və neçə gün ərzində qərar qəbul edilməlidir? Bu məsələ ilə bağlı 3 qanun mövcuddur: 1) Vergi qanunvericiliyi (m.63.1), 2) Vətəndaşların müraciətlərinə baxılması haqqında qanun, 3) İnzibati İcraat haqqında qanun.

Bildiririk ki, fiziki və ya hüquqi şəxs tərəfindən inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət inzibati orqanda inzibati icraatın başlanılması üçün əsaslara aid edilir.

İnzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

Bu zaman inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün qeyd edilən müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir.

Eyni zamanda inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

Bax: “İnzibati icraat haqqında Azərbaycan Respublikasının 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun IV və VII fəsilləri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rais Hüseynov Arzuman, raishuseynov@gmail.com, Bakı (11.10.2018) (Oxunub: 63 dəfə, Orta qiymət: 5, ID: 17436)
Sualım güzəştli vergi tutulan ölkələrlə aparılan əməliyyatlara vergi nəzarəti mexanizmi haqqındadır. Təmsil etdiyim Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən (rezident) müəssisə qeyri-rezident müəssisə ilə mal-material almaq üçün müqavilə bağlamış və müqavilə şərtlərinə əsasən mal-material alınmışdır. Qeyri-rezident müəssisə Böyük Britaniya krallığında qeydiyyatdan keçmiş və Böyük Britaniya krallığının qanunlarına uyğun fəaliyyət göstərir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin qeyri-rezident müəssisəni iki güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçmiş, Kayman və Marşall adalarında pay nisbətində (50%+50%) fəaliyyət göstərən müəssisələr təsis edib. Qeyri-rezident müəssisənin müqavilə üzrə hüquqi ünvanı və faktiki yerləşdiyi ərazi Böyük Britaniya krallığında olduğu halda, onu hesablaşma hesabı güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçmiş Lixtenşteyndəki banka məxsusdur.
Sualım aşağıdakılardan ibarətdir:
1. Yuxarıdakı məlumatlara əsasən təmsil etdiyim Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş və fəaliyyət göstərən (rezident) müəssisə qeyri-rezident müəssisədən alınmış mal-materialların dəyərini ödəyərkən həmin məbləğdən 10 % olmaqla ödəmə mənbəyində vergini tutmalıdırmı?
2. AR VM-nin müddəalarına əsasən bu əməliyyatda hansı əsas götürülməlidir: qeyri-rezident müəssisənin qeydiyyatdan keçdiyi ölkə, yoxsa, hesablaşma hesabının qeydiyyatda olduğu ölkə? Ümumiyyətlə bu əməliyyat AR VM-nin müddəalarına əsasən necə həyata keçirilməlidir?

1 və 2. Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə bank hesabları olan subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Bax: Vergi Məcəlləsinin 1-ci13.2.16.14-1-ci və 128-ci maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Natiq Kərimov Ağakərim, nk76@rambler.ru (11.10.2018) (Oxunub: 70 dəfə, Orta qiymət: 5, ID: 17435)
Mən malları alıb və online satış şəklində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi şəxs yaratmaq istəyirəm. Bunun üçün mən Mənfəət vergisi metodunu seçmək istərdim. Bu metodu secmək icazəm varmı ? Yoxsa sadələşdirilmiş vergi ödəyicisi olmalıyam?

Bildiririk ki, öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin Konstitusiya hüququdur və hər kəs bu fəaliyyəti istər bilavasitə fərdi sahibkar kimi, istərsə də hüquq şəxs təsis etməklə həyata keçirə bilər.

Hüquqi şəxs vergi orqanında dövlət qeydiyyatına alınarkən sair məlumatlarla yanaşı tətbiq edəcəyi vergitutma sistemi barədə məlumatı da qeyd edir və ödəyicinin vergi öhdəliklərinə uyğun olaraq onun vergi mükəlləfiyyəti müəyyənləşdirilir.

Bu zaman Vergi Məcəlləsinin 218.5-ci maddəsində göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmadığından həmin şəxslər vergitutma sistemini hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi və (və ya) əlavə dəyər vergisi seçirlər.

Sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olmaq istəyən hüquqi şəxs isə vergi orqanında dövlət qeydiyyatına alınarkən təqdim etdiyi ərizədə seçimini sadələşdirilmiş vergi, hüquqi şəxslərin mənfəət vergisi və (və ya) əlavə dəyər vergisi arasında apara bilər.

  Bax: Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu və Vergi Məcəlləsinin 218.5-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İnarə İsmayılova Vüqar, inare.ismayilova2000@gmail.com, Bakı (11.10.2018) (Oxunub: 58 dəfə, ID: 17434)
Mən kollec bitirmişəm. Vergi ixtisası üzrə. Hal-hazırda da İqtisad Universitetinin 1-ci kurs tələbəsiyəm. Yəni ali təhsil diplomum yoxdu. Belə halda vergiye imtahan verib yaxşı bal toplasam, işə qəbul ola bilərəm? Zəhmət olmasa, bu haqda geniş məlumat verərdiniz.

Bildiririk ki, ali təhsili olmayan şəxslər vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqədə iştirak edə bilməzlər.

İşə qəbulla bağlı əlavə məlumatın alınması üçün aidiyyəti üzrə İnsan resursları departamenti ilə (əlaqə nömrəsi: 4038135) əlaqə saxlaya bilərsiniz.

Bax: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mehman Bayraməliyev Rəcəbalı, bmehman@mail.ru, Şəki (11.10.2018) (Oxunub: 37 dəfə, ID: 17433)
Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə verilən əlavə haqqdan vergi tutulurmu?

Bildiririk ki, Milli Məclisinin deputatlarına və hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və maliyyə bazarlarına nəzarət orqanının rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı gəlir vergisindən azad edilmişdir.

Bax: Vergi Məcəlləsinin 102.1.17-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Amid Zəkiyev, azakiyev@beu.edu.az (11.10.2018) (Oxunub: 63 dəfə, ID: 17432)
İşə yeni götürülən işçi altı aydan sonra 30 günlük əmək məzuniyyətinə gedir və məzuniyyətdən qayıdan kimi işçi işdən çıxır. Məzuniyyət haqqı hesablamasına görə işçiyə 15 günlük artıq məzuniyət haqqı ödənilmişdir. Artıq ödənilmiş məzuniyyət haqqı işçidən geri tutulduğu halda əvvəlki məzuniyyət hesablanan ayın əmək haqqı hesablaması dəyişdirilə bilərmi? Ümumiyyətlə belə hallarda əmək haqqının düzgün uçotu necə aparılmalıdır?

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Sadıqov Ağali Malik, agali.sadikov@gmail.com (11.10.2018) (Oxunub: 44 dəfə, ID: 17431)
Elektrik kabelləri istehsal edən şirkət anbarında olan işlənməmiş metalı (külçə və ya lom halındakı misi), işləyib mis məftil halına gətirməsi üçün başqa bir şirkətə göndərir və bir neçə gün sonra mis məftil halında geri alıb istehsalatda istifadə üçün öz anbarına gətirir. Metalı işləyən şirkət, metalın sahibi və sifarişçi firmaya hər ton başına təyin olunmuş məbləğdə xidmət qaiməsi yaza bilərmi? Bu iki şirkət arasında mal satışı yox sadəcə göstərilən xidmət satışı mövcud olduğuna görə sadəcə xidmət qaiməsi yazılması kifayət edərmi?

Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Elektron qaimə-fakturanın tərtib edilməsi qaydalarına əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturada digər məlumatlarla yanaşı malın (işin, xidmətin) adı da qeyd olunmalıdır.

Odur ki, bir şəxs digər şəxsə xidmət göstərdikdə qeyd olunan xidmətin kodunu və adını elektron qaimə-fakturada göstərməklə xidmətin alıcısına təqdim etməyə borcludur.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tural Quliyev, turall.guliyev@gmail.com (11.10.2018) (Oxunub: 53 dəfə, ID: 17430)
İcarəçi icarədardan icarə müqaviləsi əsasında hər hansı bina icarəyə götürürsə, bu zaman obyekt kimin balansında olmalıdır? Bunu tənzimləyən hansısa qanunvericilik aktı varmı yoxsa tərəflərin öz aralarında anlaşması yetərlidir?

Bildiririk ki, icarəyə verilən əmlak tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq istər icarəyə verənin, istərsə də icarəyə götürənin balansında uçota alına bilər.

Əsas vəsaitlərin uçotu ilə bağlı geniş və dolğun məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Mülki Məcəllənin 390-cı maddəsi, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu 30 aprel 1992-ci il tarixli 114 nömrəli, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Lətifov İntiqam Ramil, intiqam.letifov@mail.ru, Bakı (11.10.2018) (Oxunub: 36 dəfə, ID: 17429)
Mən 18.09.2018-ci il tarixli hərraca çıxarılmış Vergilər Nazirliyinə məxsus nəqliyyat vasitələri (KİA optima 10-AH-786) haqqında məlumat almaq üçün 195 Çağrı Mərkəzinə zəng vurdum onlar bu haqda məlumat verə bilmədilər. Mən həmin nəqliyyat vasitəsi haqqında məlumat almaq üçün kimə və ya hara müraciət edə bilərəm? Hansı əlaqə nömrəsinə və ya kimə? Hərrac komitəsindən dedilər nəqliyyat vasitəsi ilə bağlı Vergilər Nazirliyi ilə əlaqə saxlayın onlardan məlumat alın.

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu baxımdan da müvafiq müraciətinizi “Sual-cavab” bölməsinə deyil, Vergilər Nazirliyinə rəsmi qaydada etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Fuad Əsgərov Akim, fesgerov@beu.edu.az, Bakı (11.10.2018) (Oxunub: 35 dəfə, Orta qiymət: 5, ID: 17428)
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici bir müəssisə ilə subpodrat iş görürük. Müəssisə Koreya firması olub Koreya Eximbankı tərəfindən maliyyələşir. Müqaviləyə əsasən bizə avans ödəməlidirlər. Amma avans ödəmək istəmirlər səbəb kimi, ƏDV hesablarında vəsait olmamalarını istinad edirlər. Sualım: avans ödənişlərində ƏDV mütləq ödənməlidir?

Bildiririk ki, ödəmə malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Eyni zamanda Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulur.

Müvafiq olaraq alınmış avans məbləği ƏDV-nin vergitutma obyektini yaradır.

Bax: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tərlan Səfərəliyev Eldəniz, safaraliyev.tarlan@gmail.com, Bakı (11.10.2018) (Oxunub: 41 dəfə, ID: 17427)
Bakı şəhərində icarəyə məkan götürüb xidmət satışı (abuturiyent hazırlığı və rəqs dərsləri üçün) ilə məşğul olmaq istəyirəm. Xahiş edirəm fiziki və ya hüquqi şəxs olaraq hansı növ vergilərin ödənilməli olduğunu bildirəsiniz.

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olacaq fiziki və ya hüquqi şəxsin vergi öhdəlikləri onun vergi uçotuna alınarkən təqdim etdiyi ərizəsində qeyd etdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, şəxs sadələşdirilmiş vergi ödəyicisi olduqda və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay (aylar) ərzində 200.000 manatdan artıq olmadığı halda xərclər nəzərə alınmadan rüb ərzində əldə olunan hasilatın həcmindən müvafiq dərəcələrlə (Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlarda 2 faiz) sadələşdirilmiş vergini ödəməlidir.

Fiziki şəxs gəlir, hüquqi şəxs isə mənfəət vergisinin ödəyicisi olduqda il ərzində əldə olunan vergi tutulan gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə müvafiq vergini hesablayaraq ödəməlidir.

Statusundan asılı olmayaraq şəxs ƏDV ödəyicisi olduğu halda isə yuxarıda qeyd olunan qaydada hesablanan gəlir (mənfəət) vergisi ilə yanaşı göstərilən xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.

Bundan başqa, fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq digər vergi öhdəlikləri də yarana bilər (dərs deyən müəllimlərin muzdlu işlə əlaqədar əldə olunan gəlirindən tutulan vergi, dərs keçirilən yerə görə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi və s.)

Vergi öhdəlikləri barədə ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 13.2.37-ci, 33.1-ci, 33.4-cü 34.1-ci maddələri, VIII, X, XIXVII fəsilləri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səfərov Elmir Fikrət, pravo.az@mail.ru, Bakı (11.10.2018) (Oxunub: 32 dəfə, ID: 17426)
ƏDV-si 0 dərəcə olan müəssisəyə göstərilən xidmətə görə alınmış mallara və ya xidmətlərə ƏDV hesablanılırmı? ƏDV-si 0 dərəcə olan müəssisə üçün iş görən, mal verən və ya xidmət göstərən müəssisə 0 dərəcə ilə bağlı ayrıca sertifikat almaldırmı? Almalıdırsa haradan və necə almalıdır?

Bildiririk ki, hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Belə bir sertifikatın olmaması təqdim olunan malların, görülən işlərin, göstərilən xidmətlərin ümumi qaydada, yəni 18 faiz dərəcə ilə vergiyə cəlb olunmasına əsas verir.

Sorğunuzdan göründüyü kimi, Vergilər Nazirliyi tərəfindən sözügedən sertifikat xarici subpodratçıya verilmişdir və bu səbəbdən də təqdim olunan sertifikata əsasən həmin şəxsə rezident şirkət tərəfindən malların (işlərin, xidmətlərin) təqdim olunması ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir.

Rezident hüquqi şəxsin beynəlxalq sazişlər üzrə ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb olunması isə yalnız həmin şəxsə Vergilər Nazirliyi tərəfindən müvafiq azadolma barədə sertifikat təqdim olunduqda mümkündür.

Bax: Beynəlxalq Sazişlər üzrə Əlavə Dəyər Vergisi haqqında protokollar, Vergi Məcəlləsinin 175-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmmədli Vüqar Əhməd, maliyeci640@mail.ru, Ağdaş (11.10.2018) (Oxunub: 40 dəfə, Orta qiymət: 2, ID: 17425)
1. Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əsasən belə hesab etmək olarmı ki, ƏDV ödəyicisi olan vergi ödəyicisi bu ay ərzində təqdim etdiyi malların dövriyyəsini ƏDV bəyannaməsinə salmalı deyil, növbəti ayda (30 gün ərzində) ödəniş həyata keçirilərsə növbəti ayın bəyannaməsində dövriyyəni əks etdirməlidir. Yox əgər növbəti ayda (30 gün ərzində) ödəniş aparılmasa malın təqdim edildiyi ay yəni əvvəlki ay ücün dəqiqləşdirilmiş bəyannamə təqdim edərək həmin dövriyyə əvvəlki ayın bəyannaməsinə salınmalıdırmı. Əgər belədirsə vergi ödəyicisi 30 gün gözləyirsə və həmin vaxtda vergi ödəyicisinə səyyar vergi yoxlaması açılırsa onda həmin vergi ödəyicisi əvvəlki aya necə dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilər?
2. ƏDV ödəyicisi olan vergi ödəyicisi digər vergi ödəyicisinə 2017-ci ilin avqust ayında məhsul (iş və xidmət) satır. Həmin ayda həm E-qaiməni, həm də E-VHF təqdim edir. Qarşı tərəf bildirir ki, alınmış məhsulun (iş və xidmətin) dəyərini 30 gün ərzində ödəyə bilməyəcəkdir. Ona görə də vergi ödəyicisi satılmış məhsula (iş və xidmətə) görə dövriyyəni 2017-ci ilin avqust ayının bəyannaməsində əks etdirir. Yəni həmin ayda təqdim edilmiş məhsulun (iş və xidmətin) dəyəri ƏDV-nə cəlb edilir. Ancaq elə olur ki, qarşı tərəf ödənişi 30 gün ərzində, yəni sentyabr ayında həyata keçirir. Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə görə ödəniş 30 gün ərzində (yəni sentyabr ayında) aparıldığı üçün bu dövriyyə növbəti ayın (yəni sentyabr ayının) ƏDV bəyannaməsində əks olunmalıdır. Avqust ayında bu dövriyyəyə görə artıq ƏDV hesablandığı ücün vergi ödəyicisi avqust ayının bəyannaməsinə azalma vermir və sentyabr ayında həmin dövriyyəni bəyannaməyə salmır. Səyyar vergi yoxlaması zamanı avqust ayına azalma verərək sentyabr ayına əlavə hesablama aparmaq həmçinin həmin dövriyyəyə görə hesablanmış ƏDV-nə 50% maliyyə sanksiyası tətbiq etmək nə dərəcədə qanunidir. Yəni vergi ödəyicisi təqdim edilmiş məhsula (iş və xidmətə) görə əvvəlcədən ƏDV hesablayaraq dövlət büdcəsinə ödəyirsə bu dövriyyə gizlədilmiş hesab edilə bilməz.

Cavab 1-2: Bildiririk ki, ƏDV-nin ödəyiciləri tərəfindən mallar (işlər, xidmətlər) təqdim edildikdən sonrakı 5 gün müddətində həmin malların (işlərin, xidmətlərin) alıcısına elektron vergi hesab-fakturası verilir. Təqdim edilən mallara (işlərə, xidmətlərə) görə ödəmə 30 gündən sonra həyata keçirildiyi halda (30 gün müddətində ödənilmədikdə) vergi tutulan əməliyyatın vaxtı ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır və elektron vergi hesab-fakturasının verildiyi ayın ƏDV bəyannaməsində göstərilməklə ƏDV məbləği dövlət büdcəsinə ödənilir.

ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə vergi ödəyicisi növbədənkənar vergi yoxlamasının keçirilməsini tələb edə bilər.

Eyni zamanda, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 58.1-ci, 72.5-ci, 166.1-ci176.3-cü178-ci maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 2

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Namiq Qafarov Əli, namigalioglu@gmail.com, Bakı (08.10.2018) (Oxunub: 110 dəfə, ID: 17424)
Fiziki şəxs VÖEN-i alanda zərfdə pin kod verilir. Mən o zərfi itirmişəm nə etməliyəm?

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Qeyd edilən sənədlər təqdim edildikdən sonra 1 gün müddətində qapalı zərfdə Sizə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim ediləcəkdir.

Qapalı zərf özünüz tərəfindən götürüldükdə şəkilli vergi şəhadətnaməsi və ya şəxsiyyətinizi təsdiq edən sənəd, digər şəxs tərəfindən götürüldükdə şəxsiyyəti təsdiq edən sənəd və notarial qaydada təsdiq edilmiş etibarnamə tələb olunur.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Bax: Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası, vergilər nazirinin 19.05.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları(Xidmət kodu: 1.7), vergilər nazirinin 27.02.2015-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş Elektron sənəd mübadiləsi haqqında Ərizənin doldurulma Qaydası”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səidə Sultanova, sultanovas@yandex.ru (08.10.2018) (Oxunub: 90 dəfə, ID: 17423)
Vəkillik fəaliyyət göstərən fiziki şəxslərə gəlir vergisi ödəmək üçün hansı büdcə təsnifat kodu istifadə etmək olar?

Bildiririk ki, vəkillik fəaliyyətindən əldə olunan gəlirdən hesablanmalı olan vergi “Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi” 111121 büdcə təsnifat kodu ilə ödənməlidir.

Büdcə təsnifat kodlarının tam siyahısı ilə saytımızın “Bir pəncərə” bölməsinin “Vergi və dövlət rüsumlarını hara köçürməli?” altbölməsində tanış ola bilərsiniz.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Musayev Ceyhun Alim, ceyhun.musaev2019@mail.ru, Bakı (08.10.2018) (Oxunub: 132 dəfə, Orta qiymət: 5, ID: 17422)
Mənim sizə sualım yoxdur. Təklifim var: işlə əlaqədar. İşə ehtiyyacım var, həmişə arzum olub Vergilər Nazirliyində çalışım, xidmət edim, amma arzuma çata bilməmişəm. Xahiş edirəm məni işə qəbul edəsiniz. Fərq etməz nə işi. Ali təhsilim yoxdur, 26 yaşım var.

Sorğunuzun vergi orqanlarına işə qəbulla bağlı olduğu qənaətinə gələrək bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı olduğu üçün Vergilər Nazirliyinin İnsan resursları departamenti tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə qurmaqla) müraciət etməyiniz tövsiyə olunur.

Onu da xatırladırıq ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Bax: Azərbaycan Respublikasının vergilər nazirinin  24 iyun 2014-cü il  tarixli1417040100819300 nömrəli əmri ilə təsdiq edilmişDövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Yusif Əhmədov Əlövsət, yusif_ehmedov@yahoo.com, Bakı (08.10.2018) (Oxunub: 106 dəfə, ID: 17421)
Ezamiyyə xərcləri (aviabilet xərci, ezamiyyə norması və s.) işçinin əmək haqqı kartına vurulması nə vergi riski yarada bilər? Aviabiletlər işçinin əmək haqqı kartından qeyri-rezident və ya rezident şirkətlərdən online alınsa bu zaman xərc sənədi kimi nə tanınmalıdır?

1. Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.

Ezamiyyə xərcləri mahiyyət etibarı ilə səfər zamanı işçinin xərclərini kompensasiya etməli olduğunu nəzərə alaraq yuxarıda qeyd olunan məhdudiyyət belə xərclərin ödənilməsi zamanı nəzərə alınmalıdır.

Bax:Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.4-cü maddəsi.

2. Cavab: Bildiririk ki, ezamiyyə xərclərinin norması və verilməsi qaydalarını tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarında və Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nda Azərbaycan Respublikasının ərazisində ezamiyyətə göndərilən şəxslər tərəfindən təsdiqedici sənədlərin təqdim olunması qeyd edilmişdir.

Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı, ezamiyyətə göndərilən işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Ezamiyyə xərclərinin norması və verilməsi qaydası barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Hikmət Şirməmmədov, hikmetaz88@gmail.com (08.10.2018) (Oxunub: 84 dəfə, ID: 17419)
Facebook və digər sosial şəbəkələrdə olan reklamlara görə həmin şirkətlərə xidmət haqqı ödənilir. Məlumdur ki, bu sosial şəbəkələr hesab faktura vermir və heç bir məlumat əldə etmək olmur. ƏDV bəyannaməsi əlavə 7-də biz bu xidmətlə bağlı məlumatları necə qeyd edək?

Bildiririk ki, qeyri-rezident şəxs tərəfindən virtual məkanda göstərilən reklam xidmətinin alıcısı Azərbaycan Respublikasında yerləşən rezident şəxs olduqda, ƏDV-nin məqsədləri üçün bu xidmətin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilməklə həmin xidmətə görə qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir. Göstərilmiş və dəyəri ödənilmiş bu xidmətlər isə ƏDV-nin bəyannaməsinin 306-cı və 312-ci sətirlərində, eyni zamanda həmin bəyannaməyə əlavə 7-də əks etdirilir.

Bununla belə, qeyri-rezidentin adı, rezident olduğu ölkənin adı, göstərilmiş işin (xidmətin) adı, görülmə dövrü, rezident olduğu ölkədəki VÖEN-i, büdcəyə ödənişi təsdiq edən sənədin nömrəsi, tarixi, ödənişin ümumi dəyəri (ƏDV-siz) və ƏDV məbləği ƏDV-nin bəyannaməsinə əlavə 7-dəki sətrlərin müvafiq xanalarında əks etdirilir. Qeyri-rezidentə xidmətlərlə bağlı ödənişlər edilərkən müvafiq məlumatları da həmin zaman əldə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 159-cu, 169-cu, 173-cü maddələri və Vergilər Nazirliyinin 30.12.2005-ci il tarixli əmri ilə təsdiq edilmiş “ƏDV-nin bəyannaməsinə Əlavə ¹–7-nin tərtib edilməsi qaydası”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elmira Quliyeva, elmira.quliyeva@mail.ru (08.10.2018) (Oxunub: 71 dəfə, Orta qiymət: 5, ID: 17418)
Sualım bələdiyyələrə ödənməli əmlak və torpaq vergisi ilə bağlıdır. Belə ki, Sumqayıt şəhərində yaşadığımız binanın həyətində atama məxsus 18 kv.m- lik dəmir qaraj var. Atam yaşa görə təqaüdçüdür. Bu qaraja görə neçə manat əmlak və torpaq vergisi ödəməliyik?

Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olan qaraja görə əmlak vergisi həmin qarajın hər kvadratmetrinə görə 0,3 manat, torpaq vergisi isə onun hər 100 m2 üçün 10.000 m2-dək olduqda 8 manat müəyyən edilmişdir. Sorğunuzda qeyd edilən halda yerli bələdiyyə tərəfindən həmin qaraja görə 5,40 manat (18*0,3) əmlak vergisi, 1,44 manat (0,18*8) isə torpaq vergisi hesablanacaqdır.

Lakin bununla yanaşı, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat qədər azaldılır.

Xatırladırıq ki, hesablamaların aparılması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 197.1.1-ci198.1.1-ci, 199.3-cü, 200-cü, 205-ci, 206.3-cü, 207.2-ci və 208-ci maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ramin Dadaşov, ramin_dadashzada@mail.ru, Bakı şəhəri (08.10.2018) (Oxunub: 53 dəfə, ID: 17417)
Müştəri, hüquqi şəxsin, hesabında vergi sərəncamı olan dondurulmalı sərəncam var və hesabdakı vəsait dondurulmalı məbləğdən azdır. Hüquqi şəxsin hesabına verginin dondurulmalı sərəncamı gəldikdən sonra DSMF alınmalı sərəncamı gəldiyi halda hesabdakı vəsait DSMF hesabına köçürülməlidirmi?

Bildiririk ki,  vergi ödəyicisinin hesabındakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etmədikdə, 3-cü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir və bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir.

Müvafiq olaraq hesabdan silmə də sənədlərin daxil olduğu təqvim ardıcıllığı qaydasında icra edilməlidir.  

Bax: Mülki Məcəllənin 965.1-ci, 965.2.3cü, 965.3-cü və Vergi Məcəlləsinin 65.6-cı maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İsmayılov Elmir Sinnar, imayilovelmir83@gmail.com, Sumqayıt şəhəri (08.10.2018) (Oxunub: 58 dəfə, Orta qiymət: 5, ID: 17416)
ƏDV ödəyicisi olan hüquqi şəxs beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olur. VM-nin 165.1.4 maddəsinə əsasən beynəlxalq və tranzit yük daşınması xidmətindən ƏDV "0" dərəcə ilə tutulur. Bu hüquqi şəxs tərəfindən beynəlxalq yük daşınma xidmətinin bir hissəsi balansda olan avto nəqliyyat vasitələri ilə həyata keçirilmiş, digər hissəsi isə vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə əsasında həmin fiziki şəxsə həvalə edilmişdir. ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən qeyri-rezidentlə bağlanmış beynəlxalq yük daşınmasına görə müqavilədə göstərilən xidmət haqqından VM-nin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyindən 6% vergi tutulmuş, vergi tutulduqdan sonra qalan məbləğ qeyri-rezidentin Azərbaycan Respublikasının Bankında açılmış manat hesabına ödənilmiş və tutulmuş vergilər (6%) vergi orqanına bəyan edilmişdir. VM 169 maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-169.5 maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə bu fəsil məqsədlər üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun vergiyə cəlb olunur. VM-nin 169 maddəsinə əsaslanmaqla beynəlxalq yük daşınmaları ilə məşğul olan və ƏDV ödəyicisi olan hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydə alınmayan qeyri -rezident şəxsə beynəlxalq yükdaşıması üçün ödədiyi xidmət haqqı məbləğindən 18% ƏDV hesablanaraq ödənilməlidirmi?

Bildiririk ki, beynəlxalq yük daşıma xidmətləri ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edildiyindən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərin rezident şəxslərə göstərdiyi bu xidmətlərdən əldə edilən gəliri Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla rezident şəxslər tərəfindən həmin xidmətlərə görə qeyri-rezident şəxslərə ödənilən xidmətlərin dəyərindən xərclər çıxılmadan 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergi Məcəlləsinin 125.1.4-cü və  165.1.4-cü maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.