Axtar
az|рус|eng
E-Xidmətlər

BANKLARLA ELEKTRON MÜBADİLƏ (YALNIZ BANK TƏŞKİLATLARI ÜÇÜN)

Vergi ödəyicilərinə daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi və bank idarələri arasında hesabların açılması və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsinə başlanılmışdır. Elektron məlumat mübadiləsi Milli Bankın XÖKHS sistemi üzərindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron məlumat mübadiləsini hüquqi cəhətdən tənzimləyən "Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və banklar arasında elektron sənəd mübadiləsi haqqında KOLLEKTİV SAZİŞ" imzalanmışdir. Sazişdə bank idarələrinin elektron mübadiləyə qoşulma mexanizmi müəyyənləşdirilmiş və Saziş XÖHKS sisteminin üzvü olan bütün banklar üçün açıqdır.

Elektron məlumat mübadiləsi haqqıda Kollektiv Sazişə qoşulmaq üçün ilk növbədə bank idarəsi tərəfindən Vergilər Nazirliyinə yazılı müraciət edilir. Bank idarəsinin texniki imkanları sazişin şərtlərinə uyğun olduğu halda bank tərəfindən Kollektiv Sazişə qoşulmaq haqqında müvafiq Protokol imzalanaraq Mərkəzi Banka və Vergilər Nazirliyinə təqdim edilir.

Hal-hazırda Vergilər Nazirliyi ilə elektron məlumat mübadiləsi haqqında Kollektiv Sazişə qoşulmuş bankların siyahısı:

1.  "Azərdəmiryolbank"ASC

2.  "Rabitəbank" ASC

3.  "Unibank" ASC

4.  "Bank of Baku" ASC

5.  "Turanbank" ASC

6.  "AFB BANK" ASC ("Azfinansbank" ASC)

7.  "Atabank" ASC

8.  "Bank Avrasiya"  ASC

9.  "Azər-Türkbank" ASC

10.  "YapıKrediBank Azərbaycan" ASC

11.  "PaşaBank" ASC

12.  "Accessbank" QSC

13.  ASC "XALQBANK"

14.  BANK "BTB"  ASC

15.  ""MUĞAN BANK"  ASC

16.  "ARBB" (Beynəlxalqbank)

17.  "AMRAHBANK" ASC

18.  "EXPRESSBANK" ASC

19.  "NİKOYLBANK" İKB ASC

20.  "AGBank" ASC

21.  "BANK SİLK VEY" ASC

22.  “NBC BANK” ASC

23.  "BANK RESPUBLİKA" ASC

24.  "Bank VTB (Azərbaycan)"

25.  "Azərbaycan Sənaye Bankı"

26.  "Kapital Bank"

27.  “Naxçıvanbank” ASC

28.  "Günay Bank" ASC

29.  Pakistan Milli Bankının Bakı filialı

30.  "CASPİAN DEVELOPMENT BANK (CDB)" ASC

31.   “Aqrarkredit” QSC

32.  "Bank Melli İran"






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.