Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Daxili Audit
“Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanunu

İnzibati Xətalar Məcəlləsi

Vergi işçisinin etik davranış Kodeksi

Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə necə məlumat verməli?

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu

Şikayət verilməsi qaydası (Azərbaycan Respublikası Vergi Məcəlləsi, maddə 62)

Vergi orqanında şikayətə baxılma (Azərbaycan Respublikası Vergi Məcəlləsi, maddə 63)

Vergi orqanlarının qərarlarından (aktlarından) və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə baxılmasının Prosedurları

Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə necə müraciət etməli?

Vergi orqan  əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları ilə bağlı müraciət etdiyiniz zaman aşağıdakılara xüsusi diqqət verməyiniz və onları nəzərə almağınız xahiş olunur:

  • Vergilər Nazirliyinə rəsmi daxil olan müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq baxılır.

  • Müraciət etmə üsullarının yaradılmasında əsas məqsəd vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün şəxslərin birbaşa daxili nəzarət strukturlarına operativ məlumat vermə imkanlarının genişləndirilməsindən ibarətdir.

  • Siz mənbəyi bəlli olmayan, heç bir sənəd və ya sübuta əsaslanmayan, yaxud öz şəxsi marağınız baxımından vergi işçisinin xidməti vəziyyətini pisləşdirən məlumatların verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırsınız.

  • Sizin verdiyiniz məlumatlar Vergilər Nazirliyi tərəfindən vergi orqanlarında həyata keçirilən daxili nəzarət tədbirləri zamanı nəzərə alınacaqdır.

  • Sizin şəxsiyyətiniz haqqında məlumatlar üzrə məxfiliyə ciddi əməl olunur və hər hansı bir səbəb olmadan verilmiş məlumatın mənbəyinə dair heç bir açıqlama verilmir, Vergilər Nazirliyinin əməkdaşlarına və ya Sizin razılığınız olmadan Daxili Təhlükəsizlik Baş İdarəsindən kənarda hər hansı bir şəxsə ötürülmür.

  • Vergilər Nazirliyi əməkdaşlarının hər hansı fəaliyyəti ilə əlaqədar olaraq korrupsiya və digər hüquqpozma hallarının mövcud olması barədə məlumat vermək üçün Daxili Təhlükəsizlik Baş İdarəsi ilə əlaqə saxlayın.

Məlumat verilmə imkanları:

Elektron formada

  • Siz onlayn rejimdəki elektron formadan istifadə etməklə öz məlumatınızı göndərə bilərsiniz.

  • Vergi ödəyiciləri əlavə olaraq, “İnternet Vergi İdarəsi”ndə hər bir istifadəçi üçün ayrılmış fərdi elektron qutu vasitəsilə öz məlumatlarını göndərə bilərlər.

Poçt vasitəsilə

  • Siz Vergilər Nazirliyinin poçt ünvanına məktublarınızı və ya Daxili Təhlükəsizlik Baş İdarəsinə üzərində "MƏXFİ - Daxili təhlükəsizlik baş idarəsinə" qeydi olan məktublarınızı göndərə bilərsiniz.

    Ünvan: AZ1073, Bakı şəhəri, Landau küçəsi 16,
    AR Vergilər Nazirliyi

Şəxsən

  • Məlumatınızı şəxsən (şəxsiyyətinizi təsdiq edən sənədlə) Daxili Təhlükəsizlik Baş İdarəsinə gəlməklə də çatdıra bilərsiniz:

    Ünvan: AZ1073, Bakı şəhəri, Landau küçəsi 16,
    AR Vergilər Nazirliyi, Daxili təhlükəsizlik baş idarəsi

Telefon vasitəsilə

  • Siz məlumatınızı Vergilər Nazirliyinin Çağrı Mərkəzinin  prefiks telefon nömrəsi ilə əlaqə saxlayaraq verə bilərsiniz:

       Prefiks telefon nömrəsi:  195

Siz vergi orqanlarının və vergi əməkdaşlarının fəaliyyətində rast gəldiyiniz nöqsanlar barədə məlumat verməklə, bu nöqsanların və onların baş vermə səbəblərinin aradan qaldırılması işinə əvəzsiz töhfə vermiş olursunuz. Buna görə də Sizə öz minnətdarlığımızı bildiririk.



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.